Məhkəmə qərarı icra olunmursa hara şikayət etməliyik?
09 Noyabr 2026, 22:31
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
536
13.07.2026, 16:20
Son illər Azərbaycanda fotoqrafiya və videoqrafiya sahəsinə marağın artması pilotsuz uçuş aparatlarına (dronlara) olan tələbatı da xeyli çoxaldıb. Bir çoxları bu cihazları sadəcə əyləncəli və ya iş üçün əlverişli bir alət kimi görsə də, hüquqi tərəfdən məsələ tamamilə fərqlidir. Qanunvericiliyə əsasən, dronlar ölkə ərazisində mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar siyahısına daxil edilib. Bu isə o deməkdir ki, xüsusi icazə olmadan dronların gətirilməsi, satılması və ya istifadəsi ciddi hüquqi məsuliyyət yaradır. Qaydaları pozan şəxsləri həm dronun müsadirə olunması, həm də pul cəriməsi gözləyir. Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı hüquqi tənzimləmələri tanınmış vəkil Toğrul Abbaslı izah edib.
Məsələnin hüquqi tərəflərini Oxu24.com-a şərh edən vəkil Toğrul Abbaslı bildirib ki, dronların əldə edilməsi və satılması üçün dövlət qurumlarının rəyi əsasında xüsusi icazə formalaşdırılır:
"Dronlar fotoqrafiya və ya videoqrafiya üçün əlverişli alət kimi görünsə də, əslində istifadəsi üçün xüsusi icazə tələb olunan və mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar sırasına aid edilir”.
Vəkil qeyd edib ki, dronların əldə olunmasına və satılmasına birbaşa Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən icazə verilir. Lakin bu icazənin verilməsi üçün aşağıdakı strateji dövlət qurumlarının rəyləri mütləq şəkildə nəzərə alınmalıdır:
•Azərbaycan Respublikası Müdafiə Nazirliyi
•Dövlət Sərhəd Xidməti
•Dövlət Təhlükəsizlik Xidməti
•Xüsusi Dövlət Mühafizə Xidməti
Cərimələr nə qədərdir?
Toğrul Abbaslı xüsusi icazə olmadan bu cihazları əldə edən və ya satan şəxslərin qanun qarşısında cavabdehlik daşıdığını xatırladıb:
"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xüsusi icazəsi olmadan dronların əldə edilməsinə və ya satılmasına görə dronlar müsadir
Çimnaz
02:34 / 10 Noyabr 2026
104
02:02 / 10 Noyabr 2026
105
01:30 / 10 Noyabr 2026
179
01:19 / 10 Noyabr 2026
319
01:00 / 10 Noyabr 2026
143
00:25 / 10 Noyabr 2026
626
00:20 / 10 Noyabr 2026
125
00:14 / 10 Noyabr 2026
306
00:08 / 10 Noyabr 2026
119
23:52 / 09 Noyabr 2026
204
23:52 / 09 Noyabr 2026
1785
23:48 / 09 Noyabr 2026
127
23:42 / 09 Noyabr 2026
316
23:37 / 09 Noyabr 2026
348
23:32 / 09 Noyabr 2026
156
23:28 / 09 Noyabr 2026
165
23:23 / 09 Noyabr 2026
130
23:17 / 09 Noyabr 2026
210
23:12 / 09 Noyabr 2026
158
23:09 / 09 Noyabr 2026
133
23:01 / 09 Noyabr 2026
133
22:55 / 09 Noyabr 2026
144
22:48 / 09 Noyabr 2026
173
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.