Məhkəmə qərarı icra olunmursa hara şikayət etməliyik?
09 Noyabr 2026, 22:31
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
499
13.07.2026, 12:19
Azərbaycanda ən çox müzakirə olunan sosial məsələlərdən biri də vəfat edən şəxsin pensiya kapitalının ailə üzvlərinə verilib-verilməməsi ilə bağlıdır. İllərlə işləyərək sosial sığorta haqları ödəyən şəxsin vəfat etməsindən sonra həmin vəsaitin taleyi bir çox vətəndaşı düşündürür. Xüsusilə də ailə üzvləri hesab edirlər ki, ömür boyu toplanmış pensiya kapitalı itirilməməli və yaxınlarına ödənilməlidir.
Oxu24.com-a açıqlama verən vəkil Elçin Əzizov bildirib ki, qüvvədə olan qanunvericiliyə əsasən, vəfat etmiş şəxsin pensiya kapitalının ailə üzvlərinə ayrıca ödənilməsi nəzərdə tutulmayıb.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı cəmiyyətdə yanlış təsəvvürlər mövcuddur:“Hazırkı qanunvericiliyə əsasən, vəfat etmiş şəxsin pensiya kapitalının ailə üzvlərinə ayrıca verilməsi ilə bağlı hüquqi mexanizm yoxdur. Yəni insanlar uzun illər işləyib sosial sığorta haqları ödəsələr belə, vəfat etdikdən sonra həmin pensiya kapitalı birbaşa vərəsələrə ödənilmir”, – deyə vəkil qeyd edib.
Elçin Əzizov vurğulayıb ki, qanunvericilikdə bunun əvəzinə ailə başçısını itirməyə görə pensiya institutu mövcuddur. Lakin bu hüquq bütün ailə üzvlərinə deyil, yalnız qanunda göstərilən şəxslərə şamil edilir.
“Əmək qabiliyyəti olmayan ailə üzvləri, azyaşlı uşaqlar, müəyyən hallarda əlilliyi olan şəxslər və qanunvericilikdə nəzərdə tutulan digər şəxslər ailə başçısını itirməyə görə pensiya almaq hüququna malik ola bilərlər. Bu isə pensiya kapitalının verilməsi deyil, tamamilə ayrı sosial təminat növüdür”, – deyə o bildirib.
Vəkilin sözlərinə görə, bir çox ölkələrdə vəfat etmiş şəxsin topladığı pensiya vəsaitinin müəyyən hissəsinin ailə üzvlərinə ödənilməsi ilə bağlı müxtəlif mexanizmlər tətbiq olunur. Azərbaycanda isə hazırda belə bir hüquqi norma mövcud deyil.
“Praktikada başqa ölkələrdə fərqli yanaşmalar var. Bəzi dövlətlərdə vəfat etmiş şəxsin topladığı pensiya vəsaitinin müəyyən hissəsi ailəsinə kompensasiya şəklində ödənilir. Lakin Azərbaycanda hazırda belə bir qayda tətbiq edilmir”, – deyə Elçin Əzizov qeyd edib.
Vəkil hesab edir ki, bu məsələ gələcəkdə qanunvericilik səviyyəsində yenidən nəzərdən keçirilə bilər.
“İllərlə əmək fəaliyyəti göstərən, sosial sığorta haqları ödəyən insanların topladığı vəsaitin taleyi cəmiyyət üçün həssas mövzudur. Ümid edirik ki, gələcəkdə bu istiqamətdə qanunvericilikdə dəyişikliklər ediləcək və vətəndaşların gözləntiləri nəzərə alınacaq”, – deyə o əlavə edib.
Mütəxəssislər də vətəndaşlara tövsiyə edirlər ki, pensiya və sosial təminat hüquqları ilə bağlı hər hansı sual yarandıqda rəsmi qurumlara və ya hüquqşünaslara müraciət etsinlər. Bu, həm hüquqların düzgün müəyyənləşdirilməsi, həm də qanunvericilikdə nəzərdə tutulan sosial təminat mexanizmlərindən vaxtında istifadə olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Nigar
02:34 / 10 Noyabr 2026
104
02:02 / 10 Noyabr 2026
105
01:30 / 10 Noyabr 2026
179
01:19 / 10 Noyabr 2026
319
01:00 / 10 Noyabr 2026
143
00:25 / 10 Noyabr 2026
626
00:20 / 10 Noyabr 2026
125
00:14 / 10 Noyabr 2026
306
00:08 / 10 Noyabr 2026
119
23:52 / 09 Noyabr 2026
204
23:52 / 09 Noyabr 2026
1785
23:48 / 09 Noyabr 2026
127
23:42 / 09 Noyabr 2026
316
23:37 / 09 Noyabr 2026
348
23:32 / 09 Noyabr 2026
156
23:28 / 09 Noyabr 2026
165
23:23 / 09 Noyabr 2026
130
23:17 / 09 Noyabr 2026
210
23:12 / 09 Noyabr 2026
158
23:09 / 09 Noyabr 2026
133
23:01 / 09 Noyabr 2026
133
22:55 / 09 Noyabr 2026
144
22:48 / 09 Noyabr 2026
173
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.