Xəyanətə görə kompensasiya: Qanun nə deyir?
09 İyul 2026, 14:43
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
41
10.07.2026, 12:04
Valideynlər arasında uşağın kimin yanında qalması ilə bağlı məhkəmə mübahisələri cəmiyyətdə ən həssas hüquqi məsələlərdən biridir. Xüsusilə də məhkəmə qərarı qüvvəyə minsə də, uşağın həmin qərara uyğun olaraq valideynlərdən birinin yanında qalmaq istəməməsi müxtəlif suallar yaradır.
Oxu24.com-a açıqlama verən vəkil Tural Bayramov bildirib ki, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra onun icrası məcburidir. Lakin uşağın mənafeyi və psixoloji vəziyyəti də hər zaman nəzərə alınmalıdır.
Onun sözlərinə görə, sosial şəbəkələr üzərindən ünvanlanan müraciətlərdən birində bildirilir ki, Ali Məhkəmə 7 yaşlı uşağın ananın yanında qalması barədə yekun qərar qəbul edib. Lakin iddiaya görə, ata uşağı anaya qarşı yönləndirib və uşaq anasının yanında qalmaq istəmir.
Vəkil qeyd edib ki, belə hallarda artıq məsələ məhkəmə mərhələsini deyil, icra mərhələsini əhatə edir.
“Ali Məhkəmənin qərarı qüvvəyə minibsə, həmin qərar mübahisələndirilmir və icra olunmalıdır. Lakin qərarın icrası zamanı uşağın davranışı və psixoloji vəziyyəti də mühüm əhəmiyyət daşıyır”, – deyə Tural Bayramov bildirib.
O bildirib ki, icra sənədi icra məmuruna təqdim edildikdən sonra qərarın icrası üçün müvafiq tədbirlər görülür. Lakin əgər uşağın özü qəti şəkildə etiraz edirsə, ağlayır, müqavimət göstərir və getmək istəmədiyini bildirirsə, bu vəziyyət icra prosesini mürəkkəbləşdirə bilər.
“İcra məmurunun əsas məqsədi məhkəmə qərarını yerinə yetirməkdir. Amma bu proses uşağın psixologiyasına zərər vuracaq şəkildə həyata keçirilə bilməz. Azyaşlının zorla aparılması qanunvericiliyin və uşağın mənafeyinin prinsiplərinə uyğun hesab edilmir”, – deyə vəkil vurğulayıb.
Tural Bayramov qeyd edib ki, Azərbaycan qanunvericiliyinə əsasən, 10 yaşına çatmış uşağın fikri mütləq şəkildə dinlənilməlidir. Lakin bu o demək deyil ki, 10 yaşdan kiçik uşağın istəyi tamamilə nəzərə alınmır.
“Yeddi yaşlı uşağın da davranışı, psixoloji vəziyyəti və valideynlərə münasibəti diqqətdən kənarda qalmır. İcra mərhələsində yaranan hər bir vəziyyət fərdi qaydada qiymətləndirilir”, – deyə o bildirib.
Vəkilin sözlərinə görə, cəmiyyətdə tez-tez belə bir sual yaranır: əgər son nəticədə uşaq anaya getmək istəmirsə, bəs Ali Məhkəmə niyə ananın xeyrinə qərar qəbul edib?
Onun fikrincə, bu suala iş materiallarını tam araşdırmadan dəqiq cavab vermək mümkün deyil.
“Məhkəmə qərarı qəbul edilərkən yalnız uşağın həmin andakı fikri deyil, çoxsaylı sübutlar araşdırılır. Qəyyumluq və himayə orqanının rəyi, tərəflərin yaşayış şəraiti, uşağın inkişafı üçün yaradılan imkanlar, valideynlərin davranışı və digər hüquqi əhəmiyyət kəsb edən hallar qiymətləndirilir. Buna görə də yekun qərar həmin materiallar əsasında qəbul olunur”, – deyə Tural Bayramov bildirib.
Vəkil əlavə edib ki, əgər doğrudan da valideynlərdən biri uşağı digər valideynə qarşı məqsədli şəkildə yönləndirirsə, bu hal da araşdırılmalı və hüquqi qiymət verilməlidir.
“Uşağın valideynlərdən birinə qarşı süni şəkildə mənfi münasibət formalaşdırılması onun psixoloji inkişafına mənfi təsir göstərən amillərdən biridir. Belə halların olub-olmaması mütəxəssislər tərəfindən araşdırılmalıdır”, – deyə o bildirib.
Tural Bayramov sonda vurğulayıb ki, uşaqla bağlı bütün məhkəmə və icra proseslərində əsas prinsip valideynlərin marağı deyil, məhz uşağın üstün mənafeyinin qorunmasıdır. Bu səbəbdən hər bir belə mübahisəyə fərdi yanaşılır və qərarlar da işin konkret hallarına əsasən qəbul edilir.
Jalə
12:49 / 10 İyul 2026
2
12:45 / 10 İyul 2026
12
12:40 / 10 İyul 2026
24
12:37 / 10 İyul 2026
26
12:27 / 10 İyul 2026
27
12:27 / 10 İyul 2026
31
12:25 / 10 İyul 2026
80
12:17 / 10 İyul 2026
46
12:05 / 10 İyul 2026
40
11:58 / 10 İyul 2026
43
11:52 / 10 İyul 2026
48
11:38 / 10 İyul 2026
64
11:37 / 10 İyul 2026
277
11:21 / 10 İyul 2026
57
11:11 / 10 İyul 2026
539
11:00 / 10 İyul 2026
329
10:50 / 10 İyul 2026
75
10:44 / 10 İyul 2026
83
10:31 / 10 İyul 2026
73
10:22 / 10 İyul 2026
77
10:17 / 10 İyul 2026
78
10:08 / 10 İyul 2026
87
10:02 / 10 İyul 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.