Sabiq məhkəmə sədri vəfat etdi
06 İyul 2026, 17:20
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
422
01.07.2026, 15:32
Azərbaycanda boşanma prosesləri zamanı ən çox mübahisə doğuran və cəmiyyəti maraqlandıran məsələlərdən biri də birgə nikah dövründə alınmış əmlakın tərəflər arasında necə bölünməsidir. Xüsusilə, tərəflərdən birinin xəyanət etməsi faktının əmlak bölgüsünə təsir edib-etməməsi hər zaman müzakirə mövzusu olub.
Məsələyə hüquqi nöqteyi-nəzərdən aydınlıq gətirən vəkil Ayaz Əhmədov Oxu24.com-a açıqlamasında bildirib ki, mövcud qanunvericiliyə əsasən, tərəflərdən birinin xəyanət etməsi birgə nikah dövründə qazanılmış əmlakdan tamamilə məhrum edilməsi üçün birbaşa əsas yaratmır:“Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə, nikah müddətində əldə olunmuş mülkiyyət tərəflərin birgə müştərək mülkiyyəti hesab olunur və boşanma zamanı bərabər paylarla bölünür”.
Lakin vəkil qeyd edib ki, bu vəziyyəti hüquqi müstəvidə dəyişmək və xəyanət edən tərəfi əmlakdan məhrum etmək mümkündür. Bunun üçün nikah münasibətləri qurularkən və ya nikah dövründə tərəflər arasında nikah müqaviləsi imzalanmalıdır.
A.Əhmədovun sözlərinə görə, nikah müqaviləsinə xüsusi bir şərt əlavə edilə bilər:“Müqaviləyə “Xəyanət edən tərəf birgə nikah dövründə alınmış əmlakdan məhrum olacaq” bəndi daxil edilməlidir. Belə bir rəsmi şərt olduğu təqdirdə, xəyanətə məruz qalmış tərəf qarşı tərəfin xəyanətini məhkəmədə sübuta yetirərsə, əmlakın tam mülkiyyətçisi ola bilər”.
Vəkil onu da vurğulayıb ki, beynəlxalq təcrübədə bu üsuldan geniş istifadə olunsa da, Azərbaycanda nikah müqaviləsi bağlamaq mədəniyyəti hələ tam formalaşmadığı üçün bu cür hallarda əmlakın itirilməməsi üçün nikah müqaviləsinin əvvəlcədən düzgün tərtib edilməsi böyük əhəmiyyət kəsb edir.
Çimnaz Telmanqızı
11:10 / 07 İyul 2026
1
11:09 / 07 İyul 2026
7
11:05 / 07 İyul 2026
16
11:01 / 07 İyul 2026
49
10:53 / 07 İyul 2026
104
10:48 / 07 İyul 2026
32
10:46 / 07 İyul 2026
35
10:39 / 07 İyul 2026
51
10:32 / 07 İyul 2026
48
10:15 / 07 İyul 2026
264
10:12 / 07 İyul 2026
66
09:59 / 07 İyul 2026
65
09:58 / 07 İyul 2026
775
09:38 / 07 İyul 2026
440
09:34 / 07 İyul 2026
126
09:27 / 07 İyul 2026
64
09:24 / 07 İyul 2026
72
09:16 / 07 İyul 2026
281
09:11 / 07 İyul 2026
184
09:08 / 07 İyul 2026
66
00:44 / 07 İyul 2026
155
00:18 / 07 İyul 2026
691
00:16 / 07 İyul 2026
165
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.