Milyonçu qardaşların biri həbsdən azad edildi
11 Sentyabr 2026, 17:10
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
540
22.06.2026, 19:45
Son dövrlərdə vətəndaşlar arasında ən çox rast gəlinən hüquqi problemlərdən biri də dələduzluq cinayəti ilə bağlı ittihamlardır. Bir çox hallarda, şəxslər heç bir cinayət niyyəti olmadan hər hansı bir iş və ya ticarət məqsədilə pul vəsaiti əldə edir, lakin müəyyən obyektiv və ya subyektiv səbəblərdən bu işi tamamlaya bilmirlər. Belə vəziyyətlərdə qarşı tərəfin şikayəti əsasında məsələ cinayət müstəvisinə keçir və şəxs istintaqa çağırılır. Təcrübə göstərir ki, vətəndaşlar hüquqi biliklərinin yetərsizliyi və ya daxili narahatlıq səbəbindən istintaqın ilkin mərhələsində gələcək müdafiə taktikalarını çətinliyə salan ciddi səhvlərə yol verirlər.
Oxu24.com olaraq mövzunun aktuallığını və vətəndaşların hüquqi maariflənməsinin vacibliyini nəzərə alaraq, bu istiqamətdə qarşıya çıxan əsas nüansları araşdırmışıq. İstintaq prosesində özünü müdafiə etmək, hüquqları düzgün qorumaq və ifadə verərkən nələrə diqqət yetirmək lazım olduğu barədə suallarımızı vəkil Elvin Səfərov cavablandırıb.
“Əgər dələduzluq niyyətiniz olmayıbsa, pulu aldığınızı etiraf etməyin"
Vəkil Elvin Səfərov Oxu24.com-a açıqlamasında dələduzluq cinayətləri ilə bağlı istintaqa çağırılan şəxslərin ən çox yol verdiyi səhvlərdən və bunun hüquqi fəsadlarından danışıb:
“Dələduzluq cinayəti ilə bağlı istintaqa çağırılan şəxslərin ən çox yol verdiyi səhv nədən ibarətdir? Hesab edək ki, sizin kiməsə qarşı heç bir dələduzluq niyyətiniz olmadan hər hansı bir pul məbləğini aldığınız bir fakt var və həmin pul məbləği ilə nəsə bir iş görüb alındıra bilməmisiniz. Və siz istintaqa çağırılanda səmimi olaraq istintaqda bildirirsiniz ki, “həmin o pulları almışam”.
Belə olan halda fikirləşmək lazımdır ki, şikayət edən şəxsin əlində sizə pulun verildiyini təsdiq edən sübut olmaya bilər. Və siz öz ifadənizdə həmin pulun alındığını təsdiq etməklə, özünüzə ziyan etmiş olursunuz”.
Elvin Səfərov qeyd edib ki, pulun alındığı təsdiq olunduqdan sonra ittiham tərəfinin işi daha da asanlaşır:
“Bundan əlavə, pulun alındığı təsdiq olunduqdan sonra ittihamın üzərində yeganə vəzifə ondan ibarət olur ki, sizin bu pulu alarkən hər hansı bir niyyətinizin olub-olmadığını sübut etsin. Bunu da adətən, ibtidai istintaq orqanları sizin əleyhinizə ittiham hazırlayaraq, sizin belə bir niyyətiniz olduğu qənaətinə gələrək qərar verirlər. Və bu nəticədə də sizin məhkəmədə gələcəkdə işinizin müdafiə taktikasının zəifləməsinə xidmət etmiş olur”.
Vəkil vətəndaşlara hüquqi xəbərdarlıq edərək fikrini bu sözlərlə tamamlayıb:
“Buna görə də, ifadə verərkən heç bir formada aldığınız məbləği, əgər dələduzluq niyyətiniz olmamışdırsa, etiraf etməməlisiniz”.
Hazırladı: Nigar
00:51 / 13 Sentyabr 2026
81
00:35 / 13 Sentyabr 2026
412
00:14 / 13 Sentyabr 2026
937
00:06 / 13 Sentyabr 2026
393
23:49 / 12 Sentyabr 2026
99
23:38 / 12 Sentyabr 2026
178
23:34 / 12 Sentyabr 2026
124
23:31 / 12 Sentyabr 2026
93
22:35 / 12 Sentyabr 2026
92
22:31 / 12 Sentyabr 2026
81
22:26 / 12 Sentyabr 2026
140
22:25 / 12 Sentyabr 2026
247
22:22 / 12 Sentyabr 2026
107
22:14 / 12 Sentyabr 2026
106
22:13 / 12 Sentyabr 2026
791
22:02 / 12 Sentyabr 2026
737
21:52 / 12 Sentyabr 2026
190
21:34 / 12 Sentyabr 2026
382
21:25 / 12 Sentyabr 2026
3557
21:20 / 12 Sentyabr 2026
93
21:14 / 12 Sentyabr 2026
105
21:05 / 12 Sentyabr 2026
84
20:48 / 12 Sentyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.