Sabiq məhkəmə sədri vəfat etdi
06 İyul 2026, 17:20
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
478
22.06.2026, 14:10
Son dövrlərdə boşanma sonrası aliment münasibətləri ilə bağlı cəmiyyət arasında müxtəlif mübahisəli hallara rast gəlinir. Xüsusilə tərəflərin boşandıqdan sonra yenidən birgə yaşaması, lakin aliment icra sənədinin formal olaraq qüvvədə qalması gələcəkdə hüquqi anlaşılmazlıqlara səbəb olur.
Mövzu ilə bağlı hüquqşünas Zaur Quliyev Oxu24.com-a geniş açıqlama verib.
Hüquqşünasın sözlərinə görə, praktikada tez-tez belə hallar müşahidə olunur ki, boşanma sonrası məhkəmə qərarı ilə aliment təyin edilir, lakin tərəflər daha sonra barışaraq bir müddət yenidən ailə kimi birlikdə yaşayırlar:“Belə hallarda tərəflər faktiki olaraq ümumi təsərrüfat aparır, uşaq hər iki valideynin himayəsində böyüyür. Lakin aliment icra sənədi ləğv edilmədiyi üçün sonradan həmin dövr üzrə yığılan borcun tələb edilməsi ilə bağlı mübahisələr yaranır.”
Zaur Quliyev bildirib ki, bu tip vəziyyətlərdə əsas meyar formal sənəd deyil, faktiki ailə münasibətlərinin mövcudluğudur:“Məhkəmə yalnız qərara deyil, real həyat şəraitinə də qiymət verməlidir. Əgər sübut olunursa ki, tərəflər həmin dövrdə birlikdə yaşayıb və uşaq faktiki olaraq hər iki valideynin qayğısında olub, bu zaman aliment borcunun həmin müddət üçün hesablanması hüquqi baxımdan yenidən qiymətləndirilə bilər.”
Hüquqşünas qeyd edib ki, belə hallarda vətəndaşlar ilk növbədə mediasiya prosedurundan istifadə etməli, razılıq əldə olunmadıqda isə məhkəməyə müraciət edərək aliment borcunun ləğvi və ya yenidən hesablanmasını tələb etməlidirlər.
Onun sözlərinə görə, məhkəmə prosesində əsas sübutlar tərəflərin birgə yaşamasını təsdiqləyən faktlardır:“Şahid ifadələri, birgə yaşayışa dair sübutlar və uşağın faktiki olaraq kimin yanında olması kimi məqamlar məhkəmənin qərarına birbaşa təsir edir. aliment mübahisələrində əsas məqsəd valideynlər arasında münaqişə yaratmaq deyil, uşağın maraqlarını qorumaqdır və bütün qərarlar bu prinsip əsasında formalaşmalıdır.”
Nigar
11:10 / 07 İyul 2026
1
11:09 / 07 İyul 2026
7
11:05 / 07 İyul 2026
16
11:01 / 07 İyul 2026
49
10:53 / 07 İyul 2026
104
10:48 / 07 İyul 2026
32
10:46 / 07 İyul 2026
35
10:39 / 07 İyul 2026
51
10:32 / 07 İyul 2026
48
10:15 / 07 İyul 2026
264
10:12 / 07 İyul 2026
66
09:59 / 07 İyul 2026
65
09:58 / 07 İyul 2026
775
09:38 / 07 İyul 2026
440
09:34 / 07 İyul 2026
126
09:27 / 07 İyul 2026
64
09:24 / 07 İyul 2026
72
09:16 / 07 İyul 2026
281
09:11 / 07 İyul 2026
184
09:08 / 07 İyul 2026
66
00:44 / 07 İyul 2026
155
00:18 / 07 İyul 2026
691
00:16 / 07 İyul 2026
165
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.