Ali Məhkəmə bu suala cavab verdi
13 Noyabr 2026, 10:50
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1832
13.03.2026, 21:26
Bəzi hallarda vətəndaşın torpaq sahəsinə çıxarışı olsa da, həmin torpaq üzərində tikilmiş ev üçün çıxarış almaq mümkün olmur. Mütəxəssislərin sözlərinə görə, bu məsələ əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri ilə tənzimlənir.
Oxu24.com xəbər verir ki,ekspertlər bildirirlər ki, məcəllənin 90-cı maddəsinə əsasən fərdi yaşayış evlərinin tikintisi üçün məlumatlandırma icraatı tətbiq olunur. Bu prosesə görə vətəndaş əvvəlcə lisenziyalı layihə təşkilatına müraciət edərək evin memarlıq planını hazırlatmalıdır. Daha sonra həmin plan torpaq sənədlərinin surəti ilə birlikdə yerli icra hakimiyyətinə təqdim edilir.
İcra hakimiyyəti müəyyən olunmuş müddət ərzində müraciətə ya razılıq verməli, ya da imtina etməlidir. Əgər imtina verilərsə, vətəndaş göstərilən çatışmazlıqları aradan qaldıraraq yenidən müraciət edə bilər. Razılıq verildikdən sonra ev tikilir və tikinti başa çatdıqdan sonra çıxarış almaq mümkündür.
Lakin bəzi vətəndaşlar bu proseduru keçmədən evi tikirlər. Bu halda tikili özbaşına tikili sayılır. Əgər tikili tikinti norma və qaydalarına uyğundursa, məsələn:
qonşu sahələrlə məsafə normaları pozulmayıbsa,
mühafizə zonalarında yerləşmirsə,
digər hüquqi maneələr yoxdursa,
bu zaman vətəndaş məhkəmə qaydasında evə çıxarış almaq imkanına malik ola bilər.
Digər mühüm məsələ isə torpağın təyinatıdır. Əgər torpaq sahəsi yaşayış üçün deyil, məsələn kənd təsərrüfatı təyinatlıdırsa, bu halda əvvəlcə torpağın təyinatı dəyişdirilməlidir. Bu proses isə müvafiq qaydada dövlət orqanlarının qərarı ilə həyata keçirilir.
Ekspertlər qeyd edir ki, torpağın təyinatı dəyişdirilmədən həmin sahədə tikilmiş ev üçün çıxarış almaq əksər hallarda mümkün olmur.
Jalə
10:50 / 13 Noyabr 2026
13
10:45 / 13 Noyabr 2026
18
10:39 / 13 Noyabr 2026
43
10:25 / 13 Noyabr 2026
73
10:22 / 13 Noyabr 2026
87
10:20 / 13 Noyabr 2026
62
10:08 / 13 Noyabr 2026
209
10:02 / 13 Noyabr 2026
70
09:51 / 13 Noyabr 2026
121
09:46 / 13 Noyabr 2026
770
09:44 / 13 Noyabr 2026
118
09:38 / 13 Noyabr 2026
96
09:34 / 13 Noyabr 2026
134
09:33 / 13 Noyabr 2026
76
09:31 / 13 Noyabr 2026
87
01:52 / 13 Noyabr 2026
296
01:49 / 13 Noyabr 2026
837
01:42 / 13 Noyabr 2026
76
00:49 / 13 Noyabr 2026
156
00:18 / 13 Noyabr 2026
148
00:17 / 13 Noyabr 2026
255
23:53 / 12 Noyabr 2026
1893
23:51 / 12 Noyabr 2026
260
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.