Əmək Məcəlləsinin 70-ci maddəsi ilə işdən çıxarılma və hüquqi nəticələr – Mütəxəssis açıqladı
15 May 2026, 23:08
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
772
09.03.2026, 14:57
Bəzi vətəndaşlar mənzili daxili müqavilə əsasında aldıqdan sonra çıxarışın (kupçanın) verilməsi üçün əlavə ödəniş tələb olunması ilə üzləşirlər. Hüquq sahəsində mütəxəssislər bildirir ki, belə hallarda əsas məsələ tərəflər arasında bağlanmış müqavilənin şərtləridir.
Oxu24.com xəbər verir ki, vətəndaş mənzili alarkən bağladığı müqavilədə çıxarışın alınması ilə bağlı hər hansı ödəniş və ya əlavə şərt göstərilibsə, həmin şərtlər tərəflər üçün hüquqi qüvvəyə malikdir və tərəflər razılaşdıqları qaydada hərəkət etməlidirlər.
Lakin müqavilədə çıxarış üçün əlavə ödəniş nəzərdə tutulmayıbsa, tikinti şirkəti, mənzil-tikinti kooperativi və ya digər şəxslər tərəfindən sonradan belə bir tələb irəli sürülməsi hüquqi baxımdan əsaslı hesab olunmur.
Qeyd olunur ki, mənzilə çıxarışın verilməsi üçün əsas prosedur daşınmaz əmlakın dövlət qeydiyyatıdır və bu zaman yalnız dövlət rüsumu ödənilir. Bu rüsum ödənildikdən sonra müvafiq dövlət orqanı tərəfindən mənzilə çıxarış verilə bilər.
Mütəxəssislər vətəndaşlara tövsiyə edir ki, belə hallarla qarşılaşdıqda ilk növbədə bağladıqları müqavilənin şərtlərini diqqətlə yoxlasınlar.
Əgər müqavilədə əlavə ödəniş nəzərdə tutulmayıbsa, vətəndaşlar öz hüquqlarını qorumaq üçün müvafiq dövlət qurumlarına və ya məhkəməyə müraciət edə bilərlər.
Hazırladı: Şahbaz
12:17 / 17 May 2026
6
12:15 / 17 May 2026
11
12:10 / 17 May 2026
12
12:10 / 17 May 2026
14
12:06 / 17 May 2026
28
11:58 / 17 May 2026
55
11:53 / 17 May 2026
59
11:44 / 17 May 2026
208
11:43 / 17 May 2026
45
11:41 / 17 May 2026
44
11:06 / 17 May 2026
55
11:02 / 17 May 2026
109
11:00 / 17 May 2026
50
10:56 / 17 May 2026
112
10:52 / 17 May 2026
51
10:49 / 17 May 2026
49
10:44 / 17 May 2026
59
10:42 / 17 May 2026
290
10:40 / 17 May 2026
59
10:38 / 17 May 2026
54
10:36 / 17 May 2026
57
10:31 / 17 May 2026
60
10:29 / 17 May 2026
56
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.