Ali Məhkəmə qərar qəbul edib
08 May 2026, 11:47
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
9912
05.03.2026, 17:53
Vəfat edən şəxslərin kredit borcunun taleyi mütəmadi olaraq müzakirə edilən mövzulardan biridir. Çox vaxt mərhumun yaxınları borcun kim tərəfindən ödəniləcəyini və bankın hansı addımlar atacağını müəyyənləşdirməkdə çətinlik çəkirlər. Bu məsələ kredit müqaviləsinin şərtlərindən, həmçinin borcalananın həyat sığortasının olub-olmamasından asılı olaraq fərqli formada həll olunur.
Belə hallarda isə əsas sual ortaya çıxır: Vəfat edən şəxsin kreditini kim ödəyir?
Qanunvericiliyə görə, kredit götürən şəxsin borcunun taleyi əsasən onun həyat sığortasının olub-olmamasından və vərəsəlik məsələlərindən asılıdır. Ümumiyyətlə, kredit alan şəxs könüllü şəkildə həyat sığortası etdirə bilər. Bu, tamamilə şəxsin öz seçimidir. Lakin bəzi banklar, xüsusilə iri məbləğli kreditlər təqdim edərkən, müştərinin həyatının sığortalanmasını mütləq şərt kimi qoyurlar. Bu halda kredit alan şəxs vəfat edərsə, borcu sığorta şirkəti ödəyir və varislərə heç bir məsuliyyət düşmür.
Kredit alan şəxsin həyatı sığortalanmayıbsa, bu zaman məsuliyyət vərəsələrin üzərinə keçir. Mərhumun heç bir mirası və ya varisi olmadığı halda isə bankın borcu tələb etmək imkanı qalmır.
Həmçinin oxuyun
Son zamanlar bank borcları ilə bağlı gündəmdə olan digər məsələlərdən biri boracalan şəxsin ad və soyadını dəyişdirilməsidir. Maraqlıdır, banka borcu olan şəxs ad və soyadını dəyişdirdiyi halda kredit borcunun ləğvi mümkündür?
Sualımızı cavablandıran hüquqşünas İlham Mehrəliyev Oxu24.com-a açıqlamasında bildirib ki, qanunvericiliklə müəyyən edilmiş qaydada ad və soyadın dəyişdirilməsi mümkündür:
“Lakin əvvəlki adla əldə olunan hüquqi vəzifələrə xitam verilmir. Fiziki şəxs adını dəyişdirdirdikdə bu barədə kreditorlara, borclu olduğu şəxslərə və digər qurumlara məlumat verməlidir”.
Yeganə
13:12 / 08 May 2026
82
12:58 / 08 May 2026
43
12:51 / 08 May 2026
162
12:42 / 08 May 2026
107
12:39 / 08 May 2026
35
12:31 / 08 May 2026
40
12:24 / 08 May 2026
47
12:22 / 08 May 2026
46
12:13 / 08 May 2026
56
12:06 / 08 May 2026
160
12:03 / 08 May 2026
61
11:51 / 08 May 2026
46
11:47 / 08 May 2026
56
11:41 / 08 May 2026
57
11:21 / 08 May 2026
150
11:13 / 08 May 2026
78
11:09 / 08 May 2026
64
11:06 / 08 May 2026
63
10:59 / 08 May 2026
51
10:50 / 08 May 2026
863
10:37 / 08 May 2026
458
10:33 / 08 May 2026
66
10:29 / 08 May 2026
99
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.