Baş prokuror bu məsələni müzakirə edib
14 Noyabr 2026, 15:45
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
783
23.12.2025, 19:23
Yalançı sahibkarlıq nədir və hansı cəza nəzərdə tutulur?
Oxu24.com xəbər verir ki, Cinayət Məcəlləsinin 193-cü maddəsinə görə,yalançı sahibkarlıqla məşğul olmaya görə,ağır cəzalar nəzərdə tutulur.
Belə ki,193.1. Yalançı sahibkarlıq, yəni kredit almaq, rüsumlardan azad olmaq və ya digər əmlak mənfəəti əldə etmək, yaxud qadağan edilmiş fəaliyyəti gizlətmək məqsədi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan müəssisə və ya digər hüquqi şəxsin yaradılması xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə —cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən üç mislinədək miqdarda cərimə və ya altı ayadək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
193.2. Eyni əməllər:
193.2.1. külli miqdarda ziyan vurduqda;
193.2.2. külli miqdarda gəlir əldə etməklə törədildikdə;
193.2.3. mütəşəkkil dəstə tərəfindən törədildikdə —cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç misli miqdarında cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
193.3. Bu Məcəllənin 193.1 və 193.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
193.3.1. xüsusilə külli miqdarda ziyan vurduqda;
193.3.2. xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə —üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd misli miqdarında cərimə və ya beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Nigarxanım
11:29 / 15 Noyabr 2026
1
11:20 / 15 Noyabr 2026
33
11:20 / 15 Noyabr 2026
36
11:10 / 15 Noyabr 2026
47
11:07 / 15 Noyabr 2026
193
10:50 / 15 Noyabr 2026
66
10:25 / 15 Noyabr 2026
197
10:21 / 15 Noyabr 2026
85
10:18 / 15 Noyabr 2026
81
10:12 / 15 Noyabr 2026
109
09:35 / 15 Noyabr 2026
404
07:35 / 15 Noyabr 2026
136
05:50 / 15 Noyabr 2026
137
01:35 / 15 Noyabr 2026
151
01:10 / 15 Noyabr 2026
168
23:59 / 14 Noyabr 2026
354
23:51 / 14 Noyabr 2026
193
23:47 / 14 Noyabr 2026
209
23:33 / 14 Noyabr 2026
172
23:23 / 14 Noyabr 2026
528
23:16 / 14 Noyabr 2026
175
23:05 / 14 Noyabr 2026
735
23:01 / 14 Noyabr 2026
562
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.