Ölkəmizdə vəkillərin sayı 2770-ə çatıb
18 İyul 2025, 16:46
Qaynar xətt:
(+99450) 247 90 86Ali Məhkəmə qərar qəbul etdi
HÜQUQ
338
03.06.2025, 11:12
Azərbaycan Respublikasının Ali Məhkəməsi vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.
Oxu24.com xəbər verir ki, işin hallarına görə, fiziki şəxs kommersiya fəaliyyəti nəticəsində yaranmış borcları əsas götürərək məhkəməyə müflis elan olunmaq üçün müraciət edib. Ərizəçi fərdi sahibkar kimi qeydiyyata alınmayıb.
Birinci və apellyasiya instansiyası məhkəmələri ərizəçinin borc öhdəliklərini yerinə yetirmək qabiliyyətinin olmadığı barədə yetərli sübut təqdim etmədiyini əsas gətirərək ərizəni təmin etməyiblər. Bundan sonra ərizəçi Ali Məhkəməyə müraciət edib.
Ali Məhkəmə qəbul etdiyi qərarında qeyd edib ki, “Müflisləşmə və iflas haqqında” Qanunun qeyd olunan tələblərinə görə, məhkəməyə iflas haqqında ərizə ilə istənilən fiziki şəxs deyil, yalnız öz fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən sahibkar müraciət edə bilər.
Həmçinin oxuyun
Eyni zamanda “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 1 və 10-cu maddələri və Vergi Məcəlləsinin 13.2.37 və 33.3-cü maddələrində müəyyən edilir ki, fiziki şəxs sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirməsi üçün vergi orqanlarında qeydiyyatdan keçməli və VÖEN əldə etməlidir. Yalnız bundan sonra fiziki şəxs fərdi sahibkar statusunu əldə edir. Ərizəçi isə aktiv VÖEN-i mövcud deyil və özü də kommersiya fəaliyyətini qeydiyyata alınmadan həyata keçirdiyini bildirir. Bu hal onun fərdi sahibkar kimi hüquqi statusa malik olmadığını təsdiq edir. Belə olan halda, o, “Müflisləşmə və iflas haqqında” Qanunu ilə müəyyən edilən subyektlər sırasına aid deyildir. Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxsin isə “Müflisləşmə və iflas haqqında” Qanun çərçivəsində müflis elan olunması mümkün deyil. Bu qanun yalnız hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə şamil olunur.
Buna görə də ərizəyə mahiyyəti üzrə baxılmalı deyil, çünki ərizəçi “Müflisləşmə və iflas haqqında” Qanunda nəzərdə tutulmuş subyektlərdən biri deyildir. Bu səbəbdən iş üzrə məhkəmə icraatı qanuni əsaslara malik olmayıb və işə mahiyyəti üzrə baxılması prosessual normaların pozulması ilə nəticələnib. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, belə hallar olduqda məhkəmə iş üzrə icraata xitam verməlidir.
Yekunda apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilib.
23:57 / 24 İyul 2025
Avropa İrana nüvə sazişi ilə bağlı yeni möhlət təklif etdi: İstanbulda danışıqlar gözlənilir
57
23:52 / 24 İyul 2025
I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri açıqlanıb
43
23:38 / 24 İyul 2025
Kanalizasiya quyusundan 3 fəhlənin meyiti tapıldı
99
23:08 / 24 İyul 2025
Türkiyədən Zəngəzur dəhlizi ilə bağlı acıqlama: “Yaxın vaxtlarda…”
46
22:40 / 24 İyul 2025
Rusiyadakı təyyarə qəzası ilə bağlı YENİ TƏFƏRRÜATLAR: İki versiya var…
50
21:46 / 24 İyul 2025
Ordumuzla bağlı mühüm qərar: Həsənov imza atdı – 5 məsələ var
121
20:05 / 24 İyul 2025
İstilər səbəbilə komendant saatı elan edildi: Qərar iyulun 27-dək qüvvədə olacaq
70
19:45 / 24 İyul 2025
Xankəndi stadionunun əsaslı təmirinə görün nə qədər vəsait xərclənəcək
65
19:29 / 24 İyul 2025
Fil milyoneri əzib, öldürdü - FOTO
84
18:57 / 24 İyul 2025
Azərbaycanda bu məhsul kəskin bahalaşacaq - Səbəb açıqlandı
82
15:22 / 24 İyul 2025
Prezidentdən mühüm SƏRƏNCAM
660
14:42 / 24 İyul 2025
SON DƏQİQƏ! Xalq artisti xəstəxanaya yerləşdirildi
528
14:23 / 24 İyul 2025
Danışıqlar bitdi: Ruslar qayıdır
129
14:20 / 24 İyul 2025
Tailand müharibəyə başladı
99
14:20 / 24 İyul 2025
Kolumbiya Universiteti Trampın şərtlərini qəbul edir
92
14:09 / 24 İyul 2025
Gürcüstanda Türkiyə vətəndaşları tutuldu
89
14:05 / 24 İyul 2025
Türkiyənin əhalisi 25 milyona düşə bilər
124
13:54 / 24 İyul 2025
DİN açıqlama yaydı: İmam Babazadə ölüb,cinayət işi açılıb
321
13:30 / 24 İyul 2025
Ağır qəza: ölən var
226
13:20 / 24 İyul 2025
Rusiyanın Baş Prokurorluğu yanır
108
13:17 / 24 İyul 2025
Zaxarovadan Soçiyə hücumla bağlı AÇIQLAMA
105
13:02 / 24 İyul 2025
ŞOK! Məhkəmə məşhur müğənninin əmlaklarına həbs qoydu: Xeyli miqdarda borc qalmaqalı
550
12:44 / 24 İyul 2025
Məşhur həkim arvadı ilə birgə qəzada həlak olub - FOTO
568
12:41 / 24 İyul 2025
“Sən də öz günahına görə pul ödəməlisən” - Baş həkimi şantaj edənə ağır cəza kəsildi
103
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.