Bu şəxslər əsgərliyə gedəndə 3 500 manat pul alacaqlar
30 Yanvar 2026, 23:55
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
1401
23.01.2020, 12:30
İmişli rayonundakı “Şəmmədli” qəbiristanlığında dəfn edilən naməlum şəhidin nəşi məzardan çıxarılıb.
Oxu24.com -un "Report"a istinadən məlumatına görə, naməlum şəhidin kimliyi götürülən nümunələr əsasında müəyyən edildikdən sonra aidiyyəti qurumların iştirakı ilə şəhidin məzarı açılıb.
Açılan məzardan Yevlax rayon sakini, 1971-ci il təvəllüdlü şəhid Vəliəddin Sehrab oğlu İbrahimovun nəşi çıxarılıb. Şəhidin ruhuna dualar oxunduqdan sonra nəşi İmişli Rayon Mərkəzi Xəstəxanasına gətirilib və onun Azərbaycan Bayrağına bürünmüş tabutu Yevlax rayonuna yola salınıb.
Xatırladaq ki, V.İbrahimov 1993-1994-cü illərdə Füzuli rayonu istiqamətində işğalçı Ermənistanın silahlı birləşmələrinin hücumlarının qarşısını alarkən döyüşlərdə həlak olub. Onun nəşi tanınmadığı üçün İmişli rayonundakı “Şəmmədli” qəbiristanlığında naməlum şəhid kimi dəfn edilib. Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə naməlum şəhidlərə aid meyit qalıqları ekshumasiya olunub və müvafiq nümunələr götürülüb. Daha sonra naməlum şəhidlərin dəfn edilən qalıqlarından və şəhidin yaxın qohumları olduğunu iddia edən ailə üzvlərindən götürülən nümunələrin eyniləşdirilməsi zamanı meyitlərdən birinin valideyn-övlad səviyyəsində qohumluq əlaqəsinin olduğu müəyyən edilib.
Həmçinin oxuyun
Qeyd edək ki, 26 il itkin olaraq bilinən şəhid V.İbrahimovun nəşi hərbi rituallara uyğun olaraq, ailə üzvlərinin istəyi ilə yanvarın 23-də, saat 15:00-da Yevlax şəhərindəki Şəhidlər xiyabanında dəfn ediləcək.
13:36 / 02 Fevral 2026
19
13:31 / 02 Fevral 2026
1
13:25 / 02 Fevral 2026
28
13:15 / 02 Fevral 2026
30
13:05 / 02 Fevral 2026
37
12:59 / 02 Fevral 2026
66
12:53 / 02 Fevral 2026
49
12:42 / 02 Fevral 2026
58
12:36 / 02 Fevral 2026
45
12:28 / 02 Fevral 2026
63
12:18 / 02 Fevral 2026
75
11:59 / 02 Fevral 2026
60
11:54 / 02 Fevral 2026
68
11:44 / 02 Fevral 2026
74
11:42 / 02 Fevral 2026
521
11:37 / 02 Fevral 2026
75
11:33 / 02 Fevral 2026
64
11:29 / 02 Fevral 2026
62
11:22 / 02 Fevral 2026
77
11:17 / 02 Fevral 2026
82
11:11 / 02 Fevral 2026
97
11:05 / 02 Fevral 2026
72
10:57 / 02 Fevral 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.