Rusiya Azərbaycana hansı silahı verir? — Ekspert FAKTLARI AÇIQLADI
02 Noyabr 2026, 19:55
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
318
08.10.2026, 14:46
2026-cı ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Xüsusi Təyinatlı Qüvvələrin N hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin cəlb olunması ilə keçirilən növbəti təlim toplanışı başlayıb.
Müdafiə Nazirliyindən Oxu24.com-a verilən məlumata görə, plana uyğun olaraq hərbi hissəyə qəbul edilən hərbi vəzifəlilər müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər zəruri təminat vasitələri ilə təmin olunublar.
Sonra toplanışın başlanması ilə əlaqədar təntənəli mərasim keçirilib. Tədbirdə toplanışın məqsədi iştirakçıların diqqətinə çatdırılıb. Qeyd olunub ki, bu cür tədbirlər ehtiyatda olanların hərbi hazırlığının və nəzəri biliklərinin artırılması, eləcə də praktiki vərdişlərinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbir hərbi vəzifəlilərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.
Daha sonra tədris proqramına uyğun olaraq toplanışa cəlb edilən şəxsi heyətə Azərbaycan Ordusunun arsenalında olan müasir silah və texnikalar barədə ətraflı məlumatlar verilib.
Qeyd edək ki, toplanış müddətində hərbi vəzifəlilərə müasir döyüşaparma və özünümüdafiə üsulları öyrədiləcək, həmçinin real döyüş şəraitinə uyğunlaşdırılmış taktiki və digər hazırlıqlar üzrə nəzəri-praktiki məşğələlər keçiriləcək.
02:30 / 03 Noyabr 2026
18
01:55 / 03 Noyabr 2026
72
00:25 / 03 Noyabr 2026
119
00:20 / 03 Noyabr 2026
215
00:15 / 03 Noyabr 2026
159
00:15 / 03 Noyabr 2026
106
00:06 / 03 Noyabr 2026
203
23:44 / 02 Noyabr 2026
189
23:39 / 02 Noyabr 2026
108
23:38 / 02 Noyabr 2026
93
23:37 / 02 Noyabr 2026
133
23:32 / 02 Noyabr 2026
108
23:28 / 02 Noyabr 2026
107
23:24 / 02 Noyabr 2026
186
23:19 / 02 Noyabr 2026
137
23:12 / 02 Noyabr 2026
111
23:05 / 02 Noyabr 2026
129
23:05 / 02 Noyabr 2026
121
22:55 / 02 Noyabr 2026
406
22:48 / 02 Noyabr 2026
337
22:44 / 02 Noyabr 2026
103
22:27 / 02 Noyabr 2026
137
22:25 / 02 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.