Qaynar xətt:

(+99450) 247 90 86

Aprel şəhidi Emin Bağırovun ad günüdür

2019-07/1563188505_emin-bagirov2.jpg

HƏRBİ

3088

15.07.2019, 15:01

\"\"  Bu gün aprel döyüşlərində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin üzvü Emin Bağırovun doğum günüdür.
Oxu24.com  xəbər verir ki, E.Bağırov yaşasaydı, 23 yaşını qeyd edəcəkdi. Qeyd edək ki, Emin Bağırov 1996-cı il 15 iyulda Bakı şəhərində anadan olub. 2014-cü ildə Bakıdakı 182 nömrəli məktəbi bitirib və həmin ilin oktyabrın 8-də hərbi xidmətə yola düşüb. İlk olaraq Lənkəran şəhərində xidmət edib. Daha sonra xidmətini Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə davam etdirib. Xüsusi Təyinatlı Qüvvələrin təlimlərindən uğurla keçən Bağırov xidmətini burada davam etdirib. XTQ-in üzvü Emin Bağırov 2016-cı ilin aprel ayında baş verən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidimiz aprelin 6-da doğulduğu Bakı şəhərinin Binəqədi rayonunda son mənzilə yola salınıb. Emin Bağırov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə \"Hərbi xidmətdə fərqlənməyə görə\" III dərəcəli medalı ilə təltif edilib.