SON DƏQİQƏ! Müdafiə Nazirliyi MƏLUMAT YAYDI
05 Aprel 2026, 18:14
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
886
09.01.2026, 10:11
Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə və Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycanın Hərbi prokuroru ədliyyə general-mayoru Bəhruz Əhmədov HHQ-nin tabeliyindəki hərbi hissələrdə şəxsi heyətlə görüş keçiriblər.
Bu barədə Oxu24.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuzda, o cümlədən HHQ-də aparılan uğurlu islahatlar çərçivəsində yüksək döyüş qabiliyyətli hərbi hissələrin formalaşdırılması və onların müasir hərbi vasitələrlə təchiz edilməsinə nail olunduğu vurğulanıb, peşəkar kadrların hazırlanmasına bundan sonra da xüsusi diqqət yetiriləcəyi qeyd edilib.
Hərbi prokuror qanunçuluğun təmin olunmasının, hüquqi maarifləndirmənin gücləndirilməsinin dayanıqlı xidmət mühitinin formalaşdırılmasında mühüm rol oynadığını bildirib.
HHQ komandanı şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması, döyüş növbətçiliyinin və tapşırıqların icrasında məsuliyyətin önəmini diqqətə çatdırıb.
Həmçinin oxuyun
Görüş zamanı, həmçinin şəxsi heyətin xidməti fəaliyyəti, hərbi intizamın möhkəmləndirilməsi, qanunvericiliyin tələblərinə riayət olunması, eləcə də hərbi qulluqçuların hüquq və vəzifələri ilə bağlı məsələlərdən danışılıb.
Görüş çərçivəsində hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb, onların təklif və müraciətləri dinlənilib.
Sonda şəxsi heyətə xidmətdə uğurlar arzulanıb, qarşıda duran vəzifələr barədə müvafiq tapşırıqlar verilib.
00:58 / 07 Aprel 2026
2
00:32 / 07 Aprel 2026
27
23:58 / 06 Aprel 2026
37
23:36 / 06 Aprel 2026
142
23:18 / 06 Aprel 2026
146
23:00 / 06 Aprel 2026
76
22:44 / 06 Aprel 2026
177
22:31 / 06 Aprel 2026
80
22:16 / 06 Aprel 2026
210
22:07 / 06 Aprel 2026
216
21:52 / 06 Aprel 2026
182
21:33 / 06 Aprel 2026
79
21:26 / 06 Aprel 2026
87
21:08 / 06 Aprel 2026
94
20:56 / 06 Aprel 2026
210
20:50 / 06 Aprel 2026
211
20:38 / 06 Aprel 2026
182
20:30 / 06 Aprel 2026
84
20:10 / 06 Aprel 2026
249
20:06 / 06 Aprel 2026
117
20:02 / 06 Aprel 2026
165
20:00 / 06 Aprel 2026
234
19:55 / 06 Aprel 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.