Müdafiə Nazirliyinin MƏLUMATI
08 Noyabr 2026, 22:16
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
2997
13.03.2026, 19:17
Xəbər verdiyimiz kimi, bu gün Baş nazir Əli Əsədov Milli Məclisdə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nı təqdim edib. Nazir qeyd edib ki, 2025-ci ilin dövlət büdcəsində də müdafiə və milli təhlükəsizlik xərcləri artırılıb.
Baş nazir həmçinin bildirib ki, mövcud geosiyasi şərait nəzərə alınaraq, müdafiə qabiliyyətinin artırılmasına ardıcıl diqqətin göstərilməsi olduqca mühüm əhəmiyyət kəsb edir.
Müdafiə qabiliyyətinin artırılması indiki şəraitdə nəyə hesablana bilər ?
Sualımızı cavablandıran hərbi ekspert Üzeyir Cəfərovun Oxu24.com-a açıqlamasına görə, sözsüz ki, regionda, ABŞ, İsrail və İran qarşıudurması fonunda müdafiə qabiliyyətimizi artırmalıyıq:
“Hava hücumundan müdafiə sistemləri, müasir xəbərdaredici avadanlıqlar və müasir silah sursatlar alınmalıdır. Əslində bu silah sursatlar alınıb, lakin bir az da təkmilləşdirilməlidir ki, gələcəkdə bizə qarşı hər hansı bir təxribat xarakterli hadisələrin qarşısı alınsın. Əsla arxayınlaşmamalıyıq ki, bizə qarşı hansısa təxribat olmayacaq. Yeri gəlmişkən, çox istərdim ki, bu gün Milli Məclisdə Baş nazirin çıxışında mərkəzi şəhərlərin, ümumiyyətlə, bütün şəhər və rayonlarımızın təhlükəsizlik məslələrinin nə yerdə olmasına dair fikirlər səsləndirilməli idi. Hesab edirəm ki, Azərbaycanın müdafiə qabiliyyətinin artırılması üçün bəzi işlər sürətləndirilməli, bəzi işlər genişləndirilməli, bəzi tərəfdaş ölkələrlə isə müqavilələr imzalanmalıdır. Çünki hər ötən gün dünyada və regionda elə hadisələr baş verir ki, bu da bizi narahat edir. Bu narahatlığa son qoymaq üçün güclü olmalı, özümüzə və yaxın tərəfdaşlarımıza arxalanmalıyıq, bu məqsədlə də müdafiə təyinatlı silah-sursatlar, o cümlədən, vətəndaşların təhlükəsizliyini təmin etmək üçün fərdi vasitələrin alınması mütləq həyata keçirilməlidir”.
Yeganə
10:50 / 13 Noyabr 2026
13
10:45 / 13 Noyabr 2026
18
10:39 / 13 Noyabr 2026
43
10:25 / 13 Noyabr 2026
73
10:22 / 13 Noyabr 2026
87
10:20 / 13 Noyabr 2026
62
10:08 / 13 Noyabr 2026
209
10:02 / 13 Noyabr 2026
70
09:51 / 13 Noyabr 2026
121
09:46 / 13 Noyabr 2026
770
09:44 / 13 Noyabr 2026
118
09:38 / 13 Noyabr 2026
96
09:34 / 13 Noyabr 2026
134
09:33 / 13 Noyabr 2026
76
09:31 / 13 Noyabr 2026
87
01:52 / 13 Noyabr 2026
296
01:49 / 13 Noyabr 2026
837
01:42 / 13 Noyabr 2026
76
00:49 / 13 Noyabr 2026
156
00:18 / 13 Noyabr 2026
148
00:17 / 13 Noyabr 2026
255
23:53 / 12 Noyabr 2026
1893
23:51 / 12 Noyabr 2026
260
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.