Türkiyədə 39 vilayət üzrə hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
29 Noyabr 2026, 09:15
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
379
24.12.2023, 16:56
Rusiyanın “Qazprom” şirkəti şənbə günü “Sibirin Gücü” qaz kəməri ilə Çinə gündəlik qaz tədarükü üzrə yeni tarixi rekorda imza atıb.
Oxu24.com xəbər verir ki,bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
“Qazprom” qeyd edib ki, Rusiya şirkəti Çin tərəfinin qaz tədarükü ilə bağlı tələbini tam yerinə yetirib və bu, həcm baxımından gündəlik müqavilə öhdəliklərini üstələyib. Təchizat Qazprom və CNPC arasında uzunmüddətli müqavilə əsasında həyata keçirilir. Gündəlik daşınmalar üzrə əvvəlki rekord Çindən artan tələbat fonunda dekabrın 16-da qeydə alınıb.
2023-cü ildə Rusiya “Sibirin gücü” vasitəsilə Çinə 15,5 milyard kubmetr qaz ixrac edib. Bu il nəzərdə tutulan tədarük səviyyəsinin 22 milyard kubmetrdən artıq olacağı gözlənilir.
“Qazprom”un rəhbəri Aleksey Miller bundan əvvəl bəyan etmişdi ki, yaxın illərdə Rusiya qazının Çinə ixracı ildə 48 milyard kubmetrə qədər arta bilər. Sibirin gücü ilə tədarükün 38 milyard kubmetr layihə gücündən artıq artırılması imkanları da nəzərdən keçirilir.
Bundan əvvəl “Qazprom” Aİ-də qaza tələbatın azaldığını açıqlamışdı.
Müəllif:Afət
09:15 / 29 Noyabr 2026
1
01:31 / 29 Noyabr 2026
198
01:22 / 29 Noyabr 2026
194
00:11 / 29 Noyabr 2026
251
23:56 / 28 Noyabr 2026
490
23:47 / 28 Noyabr 2026
212
23:36 / 28 Noyabr 2026
805
23:13 / 28 Noyabr 2026
227
22:57 / 28 Noyabr 2026
231
22:29 / 28 Noyabr 2026
239
22:11 / 28 Noyabr 2026
230
22:01 / 28 Noyabr 2026
213
21:50 / 28 Noyabr 2026
232
21:34 / 28 Noyabr 2026
215
21:22 / 28 Noyabr 2026
245
20:57 / 28 Noyabr 2026
318
20:40 / 28 Noyabr 2026
240
20:24 / 28 Noyabr 2026
240
20:16 / 28 Noyabr 2026
234
20:04 / 28 Noyabr 2026
245
19:43 / 28 Noyabr 2026
249
19:36 / 28 Noyabr 2026
241
19:20 / 28 Noyabr 2026
229
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.