Qaynar xətt:

(+99450) 247 90 86

Finlandiya Ukraynaya böyük miqdarda  hərbi yardım göndərəcək

Finlandiya Ukraynaya böyük miqdarda  hərbi yardım göndərəcək

DÜNYA

469

17.11.2023, 22:25

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Finlandiya Ukraynaya təxminən 100 milyon avro dəyərində 20-ci hərbi yardım paketini göndərəcək.

 

Oxu24.com xəbər  verir  ki,bu barədə Finlandiya Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib.

 

“Finlandiya Ukraynaya kömək üçün daha çox hərbi texnika göndərəcək. Prezident hökumətin təklifi ilə 2023-cü il noyabrın 17-də bu məsələ ilə bağlı qərar qəbul edib.

 

Bu, Ukraynaya 20-ci hərbi texnikanın çatdırılması olacaq. Bu paketdə olan müdafiə avadanlığının dəyişdirilməsi Finlandiyaya təxminən 100 milyon avroya başa gələcək”, - məlumatda deyilir.

 

Finlandiyanın müdafiə naziri Antti Hakkänen  bildirib  ki, 20 paket Finlandiya hərbi texnikasının ümumi dəyəri 1,5 milyard avrodur.

 

 

Müəlif:Afət