Qaynar xətt:

(+99450) 247 90 86

Alimdən şok xəbərdarlıq: 100 ildə bir görünən təhlükəli hadisə gözlənilir

Alimdən şok xəbərdarlıq: 100 ildə bir görünən təhlükəli hadisə gözlənilir

DÜNYA

857

14.11.2023, 18:17

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya Tətbiqi Geofizika İnstitutunun direktor müavini Vadim Kolomin bildirib ki, yüz ildə bir dəfə günəş küləyinin güclü zərbəsi Yerə yaxınlaşa bilər.

Oxu24.com xəbər  verir   ki, alimin sözlərinə  görə, onun ehtimalı 100 ildə bir dəfədir.

NSN ilə söhbətində o, Günəşi az öyrənilmiş obyekt adlandıraraq, günəş fırtınalarının nəticələrinin nəhəng ola biləcəyini və onlardan asılı olan korporasiyaların onlara hazır olmadığını vurğulayıb.

Geofizik qeyd edib ki, bütün müşahidə dövrü ərzində qlobal nəticələrə səbəb olan günəş alovları yalnız bir dəfə - 1859-cu ildə baş verib.

“Biz bilməliyik ki, günəş fırtınasının nəticələri nəhəng ola bilər”,-  deyə alim xəbərdarlıq edib.

"Biz elektrik enerjisinə, qatarlara, təyyarələrə, peyklərə sahib olmağa öyrəşmişik, lakin hər şey bir saniyədə bitə bilər."

Kolomin xəbərdarlıq edib ki, bu cür hadisələrdən asılı olan böyük korporasiyalar onların nəticələrinə hazır deyillər.

O vurğulayıb ki, Günəşə heç bir şəkildə təsir etmək mümkün olmasa da, Rusiyada günəş tufanlarını müasir monitorinq sistemlərindən istifadə etməklə öyrənmək olar. Kolomin əlavə edib ki, bu gün bu problem dövlət səviyyəsində, o cümlədən xüsusi proqramlar vasitəsilə həll olunur.

Xatırladaq ki, Mobil Araşdırmalar Qrupunun aparıcı analitiki Eldar Murtazin bir gün əvvəl bildirmişdi ki, günəş fırtınalarının təsiri yalnız peyk rabitəsinə real ziyan vura bilər və mobil rabitə və internet belə təsirlərdən qorunur.

 

Müəllif: Nigar