Quşla toqquşan təyyarə geri qayıtdı
29 Noyabr 2026, 21:23
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
501
13.11.2023, 19:19
Fransa Ukrayna hakimiyyəti tərəfindən tərk edilmiş “Bastion” çoxməqsədli zirehli texnikasını Ermənistana verib.
Oxu24.com xəbər verir ki,Bu barədə “Ouest France” nəşri məlumat yayıb.
Materialda göstərildiyi kimi, Paris bu yaxınlarda İrəvana hərbi yardım göstərməyə başlayıb.
Müvafiq təşəbbüslər çərçivəsində Fransa rəhbərliyi Ermənistana sözügedən zirehli texnikanın birinci partiyasının verilməsi barədə göstəriş verib.
Məqalə müəllifləri vurğulamışlar ki, texnika Gürcüstandan keçməklə respublika ərazisinə gətirilir. Eyni zamanda, hələ 2022-ci ildə Britaniyanın “Tribune” qəzeti Parisin Ukrayna münaqişəsi zonasına 20-yə yaxın “Bastion” zirehli texnikası göndərmək planlarından yazmışdı.
“Bu maşınlar əvvəlcə Ukrayna üçün nəzərdə tutulmuşdu, lakin Kiyev onları artilleriya atəşindən və tank əleyhinə raketlərdən zəif qorunmuş hesab edirdi”, - nəşr yazır.
Nəticədə Fransa hökuməti öz texnikasını Ermənistana göndərmək qərarına gəlib, material müəllifləri ümumiləşdiriblər.
Noyabrın 12-də Fransanın Silahlı Qüvvələr naziri Sebastyan Lekornu bildirib ki, ölkə hakimiyyəti öz arsenallarından Ukraynaya silah ötürməkdən imtina etmək niyyətindədir. Onun sözlərinə görə, Paris hazırda danışıqlar aparır və Kiyevi xüsusi fondun vəsaitlərindən istifadə edərək istehsalçılardan birbaşa avadanlıq almağa məcbur etməyə çalışır.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Rusiyanın iştirakı ilə Ukrayna üzrə danışıqların aparılması imkanlarını dəyərləndirib.
Müəllif:Nigar
21:43 / 29 Noyabr 2026
18
21:23 / 29 Noyabr 2026
63
20:46 / 29 Noyabr 2026
92
20:26 / 29 Noyabr 2026
108
20:26 / 29 Noyabr 2026
109
19:50 / 29 Noyabr 2026
120
19:27 / 29 Noyabr 2026
120
19:13 / 29 Noyabr 2026
137
19:01 / 29 Noyabr 2026
125
18:58 / 29 Noyabr 2026
370
18:45 / 29 Noyabr 2026
139
18:29 / 29 Noyabr 2026
133
18:15 / 29 Noyabr 2026
160
15:24 / 29 Noyabr 2026
190
12:43 / 29 Noyabr 2026
436
12:03 / 29 Noyabr 2026
199
12:00 / 29 Noyabr 2026
258
11:33 / 29 Noyabr 2026
211
10:55 / 29 Noyabr 2026
243
10:25 / 29 Noyabr 2026
388
10:24 / 29 Noyabr 2026
814
10:00 / 29 Noyabr 2026
449
09:58 / 29 Noyabr 2026
225
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.