Ukrayna ilə bağlı narahatedici hesabat
13 Noyabr 2026, 23:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
349
01.10.2026, 22:31
ABŞ Prezidenti Donald Trump Hörmüz boğazına tam nəzarət etdiklərini iddia edib. O, son üç gündə boğazdan daşınan neftin həcminin tarixdə ən yüksək səviyyəyə çatdığını bildirib.
Oxu24.com xəbər verir ki, Yaxın Şərqdə aylardır davam edən müharibə ilə bağlı tərəflər arasında razılaşma əldə olunmayıb. ABŞ və İsrailin İrana qarşı hücumlarından sonra başlayan qarşıdurmanın sona çatdırılması üçün müxtəlif vasitəçilər danışıqlar aparsa da tərəflərin bəzi məsələlərdə irəli sürdüyü tələblər razılaşmaya mane olur.
Münaqişənin əsas mübahisə mövzularından biri Hörmüz boğazının statusu və istifadəsidir. ABŞ və İran bu məsələdə razılığa gələ bilmirlər.
Ağ Evdə jurnalistlərə açıqlama verən Donald Trump İranla davam edən qarşıdurmadan danışarkən Hörmüz boğazı ilə bağlı da iddialar səsləndirib.
“Hörmüz tamamilə bizimdir. Son üç gündə Hörmüzdən çıxan neftin həcmi tarixdə ən yüksək göstəricidir. Mən müharibənin başlanmasından bəri demirəm, tarixdə deyirəm”, – deyə Trump bildirib.
İran boğazı bağlamaq qərarı verib
İran hakimiyyəti hücumlardan sonra Hörmüz boğazını ABŞ və onun müttəfiqlərinin keçidi üçün bağlamaq qərarı verib. Bundan əlavə, boğazdan keçən gəmilərdən ödəniş alınmasını nəzərdə tutan qanun layihəsi İran parlamentində qəbul edilib.
ABŞ və İran tərəfləri isə boğaz üzərində nəzarətlə bağlı bir-birindən fərqli açıqlamalar verirlər.
Hörmüz boğazında yaranan vəziyyət yalnız tərəflərə deyil, dünya iqtisadiyyatına da təsir göstərib. Neft qiymətlərinin artması fonunda enerji bazarında gərginlik yaranıb və bir sıra ölkələrdə yanacaq qiymətlərinin yüksəlməsi müşahidə olunur.
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.