Zelenski Ukrayna Ordusunun Liman istiqamətində uğurlu əməliyyat keçirdiyini açıqlayıb
27 Sentyabr 2026, 18:44
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
613
24.09.2026, 21:38
WhatsApp Qazaxıstanda biznes hesabları üçün yeni qiymət siyasətinə keçir. Oktyabrın 1-dən qüvvəyə minməsi planlaşdırılan sistemə əsasən, avtomatlaşdırılmış mesajlaşma və WhatsApp Business Platformundan istifadə edən şirkətlər müəyyən saydan artıq mesaj göndərdikdə əlavə ödəniş etməli olacaq.
Musavat.com xəbər verir ki, yeni qaydalar milyonlarla fərdi WhatsApp istifadəçisinə və tətbiqdən telefon vasitəsilə əl ilə istifadə edən kiçik bizneslərə şamil olunmayacaq.
Müştərilərlə birbaşa və əl ilə yazışan kiçik sahibkarlar əvvəlki kimi əlavə mesaj ödənişi olmadan WhatsApp-dan istifadə edə biləcəklər.
Qiymət dəyişikliyi əsasən avtomatlaşdırılmış mesajlaşma, kütləvi bildirişlər, chatbotlar və CRM sistemləri vasitəsilə WhatsApp Business Platformundan istifadə edən orta və iri şirkətləri əhatə edir.
Yeni modelə əsasən, hər biznes nömrəsi üçün ayda 1 000 pulsuz mesaj limiti nəzərdə tutulur. Bu limit keçildikdən sonra göndərilən əlavə mesajlar üçün ödəniş alınacaq.
Qazaxıstanda bir mesajın qiymətinin təxminən 0,018 ABŞ dolları, yəni 8 tenge olacağı bildirilir.
Məsələn, ay ərzində 10 min mesaj göndərən şirkətin ilk 1 000 pulsuz mesajı nəzərə alınmayacaq. Qalan 9 min mesaj üçün isə ödəniş hesablanacaq.
Bu halda aylıq xərcin təxminən 162 ABŞ dolları və ya 72 min tenge təşkil edəcəyi qeyd olunur.
Mənbədə qeyd olunur ki, Meta WhatsApp Business Platformundan istifadə edən şirkətlər üçün mesaj və söhbət əsaslı ödəniş modelini müxtəlif bazarlarda artıq tətbiq edir.
Türkiyədə də WhatsApp Business Platformunu API vasitəsilə sistemlərinə inteqrasiya edən orta və iri şirkətlər marketinq, təsdiqləmə və müştəri xidmətləri məqsədilə göndərilən mesajlara görə mesaj kateqoriyasından asılı olaraq ödəniş edirlər.
Adi WhatsApp və standart WhatsApp Business tətbiqindən telefon üzərindən əl ilə istifadə edən fərdi şəxslər və kiçik bizneslər üçün isə bu model tətbiq edilmir.
Qazaxıstandakı yeni dəyişiklik də əsasən bizneslərin WhatsApp-ın avtomatlaşdırılmış və API əsaslı imkanlarından istifadəsinə yönəlib.
18:44 / 27 Sentyabr 2026
10
18:25 / 27 Sentyabr 2026
34
17:14 / 27 Sentyabr 2026
55
17:08 / 27 Sentyabr 2026
55
16:51 / 27 Sentyabr 2026
60
16:45 / 27 Sentyabr 2026
59
16:39 / 27 Sentyabr 2026
114
16:36 / 27 Sentyabr 2026
72
16:27 / 27 Sentyabr 2026
65
16:14 / 27 Sentyabr 2026
65
15:59 / 27 Sentyabr 2026
65
15:48 / 27 Sentyabr 2026
74
15:42 / 27 Sentyabr 2026
666
15:30 / 27 Sentyabr 2026
63
15:15 / 27 Sentyabr 2026
68
15:05 / 27 Sentyabr 2026
66
14:53 / 27 Sentyabr 2026
70
14:50 / 27 Sentyabr 2026
80
14:36 / 27 Sentyabr 2026
496
14:35 / 27 Sentyabr 2026
186
14:31 / 27 Sentyabr 2026
67
14:30 / 27 Sentyabr 2026
65
14:05 / 27 Sentyabr 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.