Kapitan öldü
12 Sentyabr 2026, 23:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
589
31.08.2026, 15:10
İran Prezidenti Məsud Pezeşkiyanın qonşu dövlətlər, xüsusilə Azərbaycan və digər müsəlman ölkələri ilə münasibətlərin əməkdaşlıq, dialoq və qarşılıqlı etimad əsasında inkişaf etdirilməsinin vacibliyi barədə bəyanatları diqqət mərkəzindədir. Hakimlər dəyişdikcə diplomatik ritorikanın da dəyişməsi regional təhlükəsizlik və sabitlik baxımından yeni imkanlar açır. Son dövrlər baş verən mürəkkəb geopolitik proseslər fonunda Tehranın xarici siyasi vektorunu dəyişməsi və qonşularla xoşməramlı əlaqələrə üstünlük verməsi Cənubi Qafqazdakı balansa birbaşa təsir göstərir. Xüsusilə ABŞ-İsrail-İran gərginliyi və regional böhranlar zamanı Azərbaycanın nümayiş etdirdiyi mövqe və humanitar dəstək iki ölkə arasındakı etimadın bərpasına təkan verib. İki tərəfin bir-birinin daxili işlərinə qarışmaması prinsiplərinə sadiq qalması gələcək əməkdaşlığın ana xəttini təşkil edir.
Məsələ ilə bağlı politoloq Elşad Həsənov Oxu24.com-a açıqlamasında məsələnin pərdəarxası məqamlarına aydınlıq gətirib.
Mövzu ilə bağlı politoloq Elşad Həsənov bildirib ki, Məsud Pezeşkiyan hakimiyyətə gələnə qədər Azərbaycan-İran münasibətləri kifayət qədər gərgin olub:
"İran Prezidenti Məsud Pezeşkiyan hakimiyyətə gələnə qədər, yəni prezident seçilənə qədər Azərbaycanla İran arasında münasibətlər çox da isti olmayıb. Daim İran tərəfindən Azərbaycana basqılar olub, hətta bir zamanlar İran öz qoşunlarını Azərbaycan sərhədlərinin yanına yığaraq bizə təhdidlər edirdi. Lakin sonradan Məsud Pezeşkiyan hakimiyyətə gəldikdən sonra hesab edirəm ki, münasibətlərdə normallaşma baş verdi”.
Onun sözlərinə görə, xüsusilə də ABŞ-İsrail-İran müharibəsi dövründə Azərbaycan İrana, İranın ərazi bütövlüyünün pozulmamasına, İrana qarşı təcavüzə pis baxdı və pislədi. Həm də İran tərəfindən Azərbaycana atılan PUA-lar nəticəsində yaranmış gərginlikdə də məhz Məsud Pezeşkiyan Azərbaycan Prezidentinə zəng edərək bu məsələnin araşdırılacağını bildirdi və ölkələr arasında münasibətlərin normal olmasını istədi:
“Müharibə bitəndən sonra da Məsud Pezeşkiyan öz çıxışında Azərbaycana təşəkkürünü bildirdi. İndi isə Məsud Pezeşkiyan qonşu və digər müsəlman ölkələri, o cümlədən Azərbaycanla qarşılıqlı etimadın yüksəlməsi və inkişaf etməsinin vacibliyini vurğulayır”.
Politoloq bu dəyişikliyin kökündə duran səbəbləri və İranın təcrid olunma amilini də tam şəkildə diqqətə çatdırıb:
"Bu nədən irəli gəlir? Çünki, İran ətrafında olan bütün müsəlman ölkələri ilə münasibətlərdə çox gərgin olub, o cümlədən Körfəz ölkələri ilə. Bu da digər ölkələrdə qıcıq doğurub və İran da bu siyasətini, o molla rejimini davam etdirib. Ancaq indi yeni bir siyasi reallıq əmələ gəlib və öz qonşuları ilə normal münasibətlər, dostluq-qardaşlıq münasibətləri yaratmağın vacib olduğunu bu gün İran hakimiyyətinə dərk etdirir. Ona görə də Pezeşkiyan bu cür bəyanatla çıxış edir”.
Elşad Həsənov qeyd edib ki, əgər öz yaxın, özü də müsəlman olan qonşularla yaxın münasibət saxlamaq hər bir ölkənin milli maraqlarına, dövlət maraqlarına xidmət edir:
“Təəssüf ki, indiyə qədər Tehran bu münasibətləri əksinə etdirib və ona görə də bu müharibədə də tək qaldı. Tək qaldı. Heç bir müsəlman ölkəsi onlara kömək etmədi. Yəni humanitar yardımdan dolayı Azərbaycan humanitar yardım göstərdi və digər ola bilsin ölkələr də yardım göstərdilər, ancaq hərbi dəstək olmadı. Hərbi dəstəyi ancaq Rusiya, Çin göstərdi. Yəni bunun özü çox şey deməkdir. Ancaq ona görə də bu siyasi vektoru dəyişir”.
E.Həsənov yekunda bu addımların regional sülhə töhfə verəcəyini vurğulayıb:
"Hesab edirəm ki, bu məsələ elə Tehran-Bakı münasibətlərinə də müsbət təsir edəcək. İqtisadi əlaqələr genişlənəcək, iqtisadi-siyasi əlaqələr genişlənəcək. Yəni hər iki dövlət bu münasibətlərdən qazanacaq. Yəni bir-birinin daxili işlərinə qarışmamaq şərtilə münasibətlər müsbət mənada inkişaf edə bilər. Təbii ki, bu da Cənubi Qafqazda sülhün daha da davamlı və dayanqılı olmasına xidmət edə bilər”.
Çimnaz Telmanqızı
00:51 / 13 Sentyabr 2026
24
00:35 / 13 Sentyabr 2026
132
00:14 / 13 Sentyabr 2026
312
00:06 / 13 Sentyabr 2026
149
23:49 / 12 Sentyabr 2026
62
23:38 / 12 Sentyabr 2026
116
23:34 / 12 Sentyabr 2026
63
23:31 / 12 Sentyabr 2026
58
22:35 / 12 Sentyabr 2026
65
22:31 / 12 Sentyabr 2026
59
22:26 / 12 Sentyabr 2026
92
22:25 / 12 Sentyabr 2026
130
22:22 / 12 Sentyabr 2026
76
22:14 / 12 Sentyabr 2026
79
22:13 / 12 Sentyabr 2026
581
22:02 / 12 Sentyabr 2026
290
21:52 / 12 Sentyabr 2026
146
21:34 / 12 Sentyabr 2026
286
21:25 / 12 Sentyabr 2026
1588
21:20 / 12 Sentyabr 2026
70
21:14 / 12 Sentyabr 2026
79
21:05 / 12 Sentyabr 2026
67
20:48 / 12 Sentyabr 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.