Qaynar xətt:

(+99450) 247 90 86

Qəzada 5 nəfər öldü

Qəzada 5 nəfər öldü

DÜNYA

56

30.08.2026, 11:57

Rusiyanın Stavropol diyarında Gürcüstandan gələn avtobusun yük maşını ilə toqquşması nəticəsində beş nəfər həlak olub.

Oxu24.com  xəbər verir ki, bu barədə regional prokurorluq məlumat yayıb.

"İlkin məlumatlara görə, 30.08.2026-cı il tarixində gecə saatlarında "Qafqaz" federal avtoyolunda sərnişin avtobusunun yük nəqliyyat vasitəsi ilə toqquşması baş verib", - məlumatda bildirilib.

Qurumun məlumatına görə, beş nəfər həlak olub, həmçinin xəsarət alanlar da var, onlara tibbi yardım göstərilir. Yol-nəqliyyat hadisəsi faktı üzrə prokurorluq yoxlama aparır.

Stavropol diyarının Dövlət Avtomobil Müfəttişliyindən dəqiqləşdiriblər ki, beşi uşaq olmaqla, 24 nəfər xəsarət alıb.