Ukrayna ilə bağlı narahatedici hesabat
13 Noyabr 2026, 23:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
245
28.08.2026, 18:47
Müharibənin əvvəlində ABŞ və İsrailin hücumu zamanı üz nahiyəsindən ağır yaralanan İranın Ali rəhbəri Müctəba Xamenei qərarların qəbulunda rol oynayır və ölkəni gözdənuzaq şəkildə idarə edir.
Oxu24.com xəbər verir ki, İran mənbələrinə istinadla məlumat yayıb.
Mənbə onun səhhətinin yaxşılaşdığını iddia edib. Bildirilib ki, ancaq məhdud sayda rəsmi şəxs Müctəba Xamenei ilə birbaşa və üzbəüz əlaqə saxlayır: “ABŞ-nin onu hədəfə almaq üçün istifadə edə biləcəyi məlumatların sızmasının qarşısını almaq məqsədilə vəziyyəti və harada olduğu barədə təfərrüatlar açıqlanmır”.
Bu iddialara baxmayaraq, Müctəba Xameneinin nə bir görüntüsünün, nə də səsyazısının olmaması vəziyyəti və real rolu ilə bağlı şübhələri artırıb.
Vaşinqtonda fəaliyyət göstərən Yaxın Şərq İnstitutunun İran proqramının direktoru Aleks Vatanka söyləyib:
“Artıq sual Müctəbanın sağ olub-olmaması deyil, İranın hələ də fəal liderinin olub-olmamasıdır”.
Vatankanın sözlərinə görə, Müctəbanın uzun müddət ictimaiyyət qarşısında görünməməsi hakimiyyət daxilindəki rəqib qrupların onun istəklərini öz baxışlarına uyğun şərh etməsinə səbəb olub. Ekspertin fikrincə, Vaşinqtonla hansısa razılaşmanın əldə olunması və ya ABŞ ilə uzunmüddətli, ağır və baha başa gələn müharibənin davam etdirilməsi barədə qərar Müctəba Xameneinin açıq razılığını tələb edir./teleqraf
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.