Kiyevdə hava hücumu xəbərdarlığı elan edildi
24 Oktyabr 2026, 20:52
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
236
17.08.2026, 20:26
Dünyada ərzaq təhlükəsizliyi ilə bağlı yeni risklər artır. Gübrə təchizatında mümkün çatışmazlıq, enerji qiymətlərinin yüksək qalması və güclü El Niño hava hadisəsi gələn il qlobal ərzaq bazarında ciddi problemlərə səbəb ola bilər.
Oxu24.com xəbər verir ki, JPMorgan analitikləri 2027-ci ildə ərzaq inflyasiyasının sürətlənməsi və bəzi regionlarda ərzaq təchizatının, JPMorgan analitikləri 2027-ci ildə ərzaq inflyasiyasının sürətlənməsi və bəzi regionlarda ərzaq təchizatının təzyiq altında qalması ilə bağlı xəbərdarlıq ediblər.
Bankın təhlilinə görə, xüsusilə azot əsaslı gübrələrin təchizatında yaranan problemlər kənd təsərrüfatı istehsalına birbaşa təsir göstərə bilər. Bunun əsas səbəblərindən biri gübrə istehsalının enerji, xüsusilə də təbii qazla sıx bağlı olmasıdır.
JPMorgan bildirir ki, dünyada istifadə olunan karbamidin əhəmiyyətli hissəsi Fars körfəzi regionundan idxal edilir. İran ətrafındakı münaqişə və regionda nəqliyyat marşrutlarının pozulması isə gübrələrin istehsalı və daşınmasına əlavə risklər yaradır.
Məsələni daha da mürəkkəbləşdirən amil isə El Ninyo hava hadisəsidir. JPMorgan-ın hesablamalarına əsasən, hazırkı El Ninyo hadisəsinin ilin sonuna qədər “çox güclü” və ya “super El Niño” səviyyəsinə çatma ehtimalı 81 faizdir. Şərtlərin gələn il də davam etməsi ehtimalı isə 97 faiz qiymətləndirilib.
Gübrə kənd təsərrüfatında məhsuldarlığın əsas amillərindən biridir. Xüsusilə azot gübrələrinin vaxtında torpağa verilməsi məhsulun həcminə ciddi təsir göstərir.
JPMorgan qeyd edir ki, azot gübrəsi istehsalında yaranan fasilənin təsiri dərhal deyil, əkin mövsümündən sonra daha aydın görünə bilər. Fermerlər gübrə bahalaşdığı üçün ondan daha az istifadə etsələr, məhsuldarlıq aşağı düşə və nəticədə bazara çıxarılan ərzağın həcmi azala bilər.
Bu isə taxıl, düyü, qarğıdalı və digər əsas kənd təsərrüfatı məhsullarının qiymətlərinə əlavə təzyiq yarada bilər.
JPMorgan-ın hesablamasına görə, güclü El Niño ilə enerji qiymətlərinin eyni vaxtda yüksək qalması qlobal ərzaq inflyasiyasına 1,3-1,5 faiz bəndi əlavə təzyiq göstərə bilər. Bank 2027-ci ilin ilk yarısında qlobal ərzaq inflyasiyasının illikləşdirilmiş tempinin təxminən 5 faizə yüksələ biləcəyini proqnozlaşdırır.
Analitiklərə görə, ərzağın istehlak səbətində daha böyük paya malik olduğu inkişaf etməkdə olan ölkələr risklərə daha həssasdır.
Xüsusilə Hindistan, İndoneziya, Braziliya və Kolumbiya həm gübrə, həm də hava şəraiti ilə bağlı risklər baxımından diqqət çəkir.
Bununla belə, JPMorgan vəziyyətin avtomatik olaraq qlobal ərzaq qıtlığına çevriləcəyini bildirmir. Bank qeyd edir ki, hazırda qlobal taxıl ehtiyatları əvvəlki böyük böhran dövrləri ilə müqayisədə daha əlverişli vəziyyətdədir və Asiyada düyü ehtiyatları da nisbətən yüksəkdir.
Yəni əsas təhlükə gübrə çatışmazlığı, enerji böhranı və ekstremal hava şəraitinin eyni vaxtda baş verməsidir. Bu ssenari reallaşarsa, təsir yalnız kənd təsərrüfatı ilə məhdudlaşmaya, ərzaq qiymətlərindən tutmuş qlobal inflyasiyaya qədər genişlənə bilər./modern
23:16 / 24 Oktyabr 2026
130
22:52 / 24 Oktyabr 2026
98
22:34 / 24 Oktyabr 2026
94
22:14 / 24 Oktyabr 2026
80
22:05 / 24 Oktyabr 2026
259
21:42 / 24 Oktyabr 2026
1530
21:28 / 24 Oktyabr 2026
87
21:12 / 24 Oktyabr 2026
92
21:07 / 24 Oktyabr 2026
88
20:52 / 24 Oktyabr 2026
87
20:34 / 24 Oktyabr 2026
92
20:31 / 24 Oktyabr 2026
874
20:12 / 24 Oktyabr 2026
98
20:05 / 24 Oktyabr 2026
99
19:55 / 24 Oktyabr 2026
91
19:40 / 24 Oktyabr 2026
94
19:09 / 24 Oktyabr 2026
130
18:55 / 24 Oktyabr 2026
89
18:40 / 24 Oktyabr 2026
104
18:27 / 24 Oktyabr 2026
100
18:20 / 24 Oktyabr 2026
400
18:13 / 24 Oktyabr 2026
575
18:07 / 24 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.