Qaynar xətt:

(+99450) 247 90 86

Fransada yenidən qırmızı hava xəbərdarlığı elan olunub

Fransada yenidən qırmızı hava xəbərdarlığı elan olunub

DÜNYA

56

10.07.2026, 14:53

Fransada güclü istilər səbəbindən ikinci dəfə ən yüksək – qırmızı hava xəbərdarlığı elan edilib.
Oxu24.com Fransa KİV-lərinə istinadən xəbər verir ki, xəbərdarlıq Paris də daxil olmaqla İl-de-Frans bölgəsini əhatə edir. Ölkənin böyük hissəsində isə narıncı təhlükə rejimi qüvvədədir.
Meteoroloqlar həftəsonu Parisdə havanın temperaturunun 35 dərəcəni, bəzi bölgələrdə isə 41 dərəcəni keçəcəyini proqnozlaşdırırlar. Şənbə günü ölkənin 24 departamentində qırmızı xəbərdarlıq qüvvədə olacaq.
Mütəxəssislər əhaliyə zəruri olmadıqca açıq havada uzun müddət qalmamağı və isti havadan qorunmaq üçün ehtiyat tədbirlərinə əməl etməyi tövsiyə edirlər.
Turan