Britaniyalı yazıçı 81 yaşında Buker mükafatına layiq görülüb
10 Noyabr 2026, 05:37
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
631
10.07.2026, 10:02
Ayətullah Seyid Əli Xamenei dəfn edilib.
APA-nın Tehran bürosunun xəbərinə görə, İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin cənazəsi Məşhəddə İmam Rza hərəminin ərazisində torpağa tapşırılıb.
İranın sabiq Ali Rəhbərinin cənazəsi dünən İraqın Nəcəf və Kərbəla şəhərlərində keçirilən vida mərasimlərindən sonra bu gün günorta saatlarında rəsmi şəxslərin və İran ictimaiyyətinin iştirakı ilə Məşhədə gətirilib.
Bundan əvvəl Tehranda və Qumda Əli Xamenei ilə vida mərasimləri keçirilib.
Qeyd edək ki, Ayətullah Seyid Əli Xamenei 37 il ərzində İran İslam Respublikasının Ali Rəhbəri olub.
Seyid Əli Xamenei 19 aprel 1939-cu ildə İranın şərqində yerləşən Məşhəd şəhərində anadan olub.
1979-cu il İslam inqilabından sonra o, Ayətullah Ruhullah Xomeyni tərəfindən İnqilab Şurasının üzvü təyin edilib və daha sonra bir müddət İslam İnqilabı Keşikçiləri Korpusuna rəhbərlik edib.
İslam Cümhuriyyəti Partiyasının yaradılması və baş katibliyi, Tehran cümə namazının imamı, İran parlamentində nümayəndəlik, İran prezidenti və Məsləhət Şurasının rəhbərliyi Ayətullah Seyid Əli Xameneinin Ali Rəhbər vəzifəsinə seçilməsinədək tutduğu əsas vəzifələr sırasında olub.
Ayətullah Seyid Əli Xamenei 4 iyun 1989-cu ildə Ayətullah Ruhullah Xomeyninin vəfatından sonra İranın Ekspertlər Məclisi tərəfindən ölkənin Ali Rəhbəri seçilib.
Xatırladaq ki, Seyid Əli Xamenei 28 fevralda ABŞ və İsrailin Tehrana birgə hücumu zamanı yaxın ailə üzvləri ilə birlikdə öldürülüb. Daha sonra onun yerinə oğlu Müctəba Xamenei seçilib.
04:34 / 10 Noyabr 2026
60
04:12 / 10 Noyabr 2026
74
02:34 / 10 Noyabr 2026
119
02:02 / 10 Noyabr 2026
115
01:30 / 10 Noyabr 2026
214
01:19 / 10 Noyabr 2026
366
01:00 / 10 Noyabr 2026
165
00:25 / 10 Noyabr 2026
686
00:20 / 10 Noyabr 2026
135
00:14 / 10 Noyabr 2026
333
00:08 / 10 Noyabr 2026
129
23:52 / 09 Noyabr 2026
220
23:52 / 09 Noyabr 2026
1871
23:48 / 09 Noyabr 2026
136
23:42 / 09 Noyabr 2026
343
23:37 / 09 Noyabr 2026
374
23:32 / 09 Noyabr 2026
168
23:28 / 09 Noyabr 2026
180
23:23 / 09 Noyabr 2026
142
23:17 / 09 Noyabr 2026
223
23:12 / 09 Noyabr 2026
170
23:09 / 09 Noyabr 2026
143
23:01 / 09 Noyabr 2026
144
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.