Britaniyalı yazıçı 81 yaşında Buker mükafatına layiq görülüb
10 Noyabr 2026, 05:37
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
3335
04.07.2026, 12:14
İstanbulda fəaliyyət göstərən və Avropa ölkələrinin vətəndaşlarını hədəfə alan beynəlxalq dələduzluq şəbəkəsi polis əməliyyatı nəticəsində zərərsizləşdirilib.
Oxu24.com xəbər verir ki, şəbəkənin süni intellekt dəstəyi ilə işləyən çağrı mərkəzi vasitəsilə özlərini polis, prokuror və bank əməkdaşı kimi təqdim edərək yüzlərlə şəxsi aldatdığı müəyyən edilib.
İstanbul Baş Prokurorluğunun koordinasiyası ilə həyata keçirilən əməliyyat Çexiya hüquq-mühafizə orqanlarının müraciətindən sonra başlanıb. Çexiya İnterpolu öz vətəndaşlarının Türkiyədən edilən telefon zəngləri vasitəsilə aldadılması barədə məlumat verdikdən sonra İstanbul Polis İdarəsinin Kiber Cinayətkarlıqla Mübarizə Şöbəsi araşdırmalara başlayıb.
Aparılan texniki və fiziki müşahidələr nəticəsində şəbəkənin İstanbulun Maslak səmtində yerləşən biznes mərkəzində fəaliyyət göstərən çağrı mərkəzindən idarə olunduğu müəyyən edilib. Mərkəzin vasitəçi şirkətlər üzərindən icarəyə götürüldüyü və burada onlarla xarici ölkə vətəndaşının çalışdığı aşkarlanıb.
Əməliyyat zamanı 39-u kişi, 15-i qadın olmaqla ümumilikdə 54 nəfər saxlanılıb. Onların 22-si Rumıniya, 17-si Moldova, 5-i Çexiya, 3-ü Slovakiya, 3-ü Ukrayna, 1-i İtaliya, 1-i Azərbaycan, 1-i Türkiyə və 1-i Rusiya vətəndaşıdır.
İstintaq zamanı şəbəkənin hər ölkə üçün ayrıca otaq təşkil etdiyi, həmin ölkələrin dillərini bilən şəxsləri burada işlədərək vətəndaşlara zəng etdikləri müəyyən olunub. Dəstə üzvləri özlərini polis, prokuror və ya bank əməkdaşı kimi təqdim edərək müxtəlif bəhanələrlə insanlardan pul tələb ediblər.
Məlumata görə, cinayətkar qrupun rəhbərlərinin Azərbaycan vətəndaşları Kamil R. və Amina E. olduğu iddia edilir. Onlardan birinin saxlanılan şəxslər arasında olduğu bildirilib.
İstintaq materiallarında qeyd olunur ki, əldə edilən vəsaitlər xarici bank hesablarına köçürülüb, daha sonra isə kriptovalyuta əməliyyatları vasitəsilə izləri itirilib.
Çexiya mediasının məlumatına görə, təkcə 2026-cı ilin ilk altı ayında bu üsulla 340 nəfər dələduzluğun qurbanı olub. Ötən il isə yüzlərlə oxşar fakt qeydə alınıb. Hüquq-mühafizə orqanları beynəlxalq şəbəkənin digər üzvlərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmaları davam etdirir.(musavat)
05:37 / 10 Noyabr 2026
74
05:27 / 10 Noyabr 2026
73
04:34 / 10 Noyabr 2026
98
04:12 / 10 Noyabr 2026
121
02:34 / 10 Noyabr 2026
139
02:02 / 10 Noyabr 2026
134
01:30 / 10 Noyabr 2026
266
01:19 / 10 Noyabr 2026
420
01:00 / 10 Noyabr 2026
187
00:25 / 10 Noyabr 2026
794
00:20 / 10 Noyabr 2026
149
00:14 / 10 Noyabr 2026
384
00:08 / 10 Noyabr 2026
142
23:52 / 09 Noyabr 2026
241
23:52 / 09 Noyabr 2026
2013
23:48 / 09 Noyabr 2026
149
23:42 / 09 Noyabr 2026
366
23:37 / 09 Noyabr 2026
416
23:32 / 09 Noyabr 2026
175
23:28 / 09 Noyabr 2026
187
23:23 / 09 Noyabr 2026
148
23:17 / 09 Noyabr 2026
234
23:12 / 09 Noyabr 2026
174
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.