Qətər təyyarəsi məcburi Bakıya eniş etdi
06 İyul 2026, 21:53
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
288
03.07.2026, 11:28
“Azərbaycan öz ərazisindən İrana qarşı “sionist rejimin” dayaq məntəqəsi kimi istifadə olunmasına icazə verməyəcəyinə dair birbaşa təminat vermişdi. Bu təminat Bakı ilə dialoqun inkişafında həlledici rol oynadı”.
Oxu24.com Musavat.com-a istinadən xəbər verir ki, bunu iranlı general Yahya Rəhim Səfəvi bildirib.
Sözünə davam edən general deyib: “Eyni zamanda, mən bəzən İranın Azərbaycanla problemləri yalnız güc yolu ilə həll etməklə bağlı çağırışlar eşidirəm. Lakin bu ifrata varmaqdır. İki ölkə arasında problemlər, fikir ayrılıqları var. Lakin eyni zamanda unutmaq olmaz ki, iki ölkəni birləşdirən və onlar arasında körpü rolunu oynayan ortaq din, keçmiş, mədəniyyət və ən əsası azərbaycanlı icması var",- o, əlavə edib.
Qeyd edək ki, Yəhya Rəhim Səfəvi azərbaycanlıdır. O, ali dini rəhbərin baş müşaviri təyin olunmazdan qabaq 10 il İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) rəhbərlik edib.
Bəs Səfəvi “İki ölkə arasında problemlər, fikir ayrılıqları var” dedikdə nəyi nəzərdə tutur? Bakı ilə Tehranın bölüşə bilmədiyi hansı məsələlər qalır ki? Nəhayət, Azərbaycanın İran üçün müstəsna əhəmiyyətə malik, “udula bilməyən” ölkə olduğunun etirafı sayıla biləcək bu reverans hansı zərurətdən doğa bilər(di)?
Politoloq Züriyə Qarayeva Bakı ilə Tehran arasında münasibətlərin normallaşma dövründə olduğunu hesab edir. Onun sözlərinə görə, "bəzi məsələlər" dedikdə isə Azərbaycanın İsraillə əlaqələrinin inkişafı nəzərdə tutulur: "Lakin bizim İsraillə dost münasibətlərimiz İrana zərər vurmur və ona qarşı yönəlməyib. İran istəyir ki, Azərbaycan xarici siyasətini onunla razılaşdırsın. Lakin belə bir yanaşma qəbul oluna bilməz və absurddur. Azərbaycan xarici siyasət kursunu özü müəyyən edir və bütün münasibətlər bərabərhüquqlu əməkdaşlığa söykənir. Biz İranı narazı salan heç bir addım atmamışıq. Əksinə, müharibə dövründə ilk humanitar yardım edən rəsmi Bakı olub. Ona görə də Tehrandan bəyanatlar səsləndirənlər iynəli sözlərini yığışdırmalıdırlar".
Z.Qarayevanın sözlərinə görə, ikinci məsələ isə Zəngəzur dəhlizidir və general buna işarə etmiş ola bilər: "Baş verənlər hələ də cənub qonşumuzda bəzi dairələrə görünür ki, aydın olmayıb. General Səfəvi Azərbaycanın İranla həll edə bilmədiyi məsələlərin mahiyyətini də açıqlasaydı, yaxşı olardı. Çünki belə replikalar izah tələb edir. Hazırda əlaqələrin inkişafda olduğunu söyləmək olar. Ümumilikdə isə İranla münasibətlər həmişə ziq-zaq xarakteri daşıyıb, müxtəlif vaxtlarda gərginliklər olub. Bu da ondan irəli gəlir ki, qonşu ölkədəki rejimin bizə baxışı dəyişməyib. Yəni "beş barmağının beşini də bal elə" məsəlidir. İrandakı rejim Azərbaycanın güclənməsinin əleyhinədir. Biz isə işğal problemimizi həll etmişik, Cənubi Qafqazda yeni dövr başlayıb, Zəngəzur dəhlizi açılacaq və İran narahatdır. Görünür ki, Səfəvi "həll edilməli məsələlər" dedikdə xüsusən Zəngəzur dəhlizini nəzərdə tutur. Amma bu layihənin reallaşması qaçılmazdır və İran əngəl ola bilməz".
00:44 / 07 İyul 2026
115
00:18 / 07 İyul 2026
485
00:16 / 07 İyul 2026
115
00:12 / 07 İyul 2026
114
00:10 / 07 İyul 2026
229
00:02 / 07 İyul 2026
109
23:56 / 06 İyul 2026
213
23:56 / 06 İyul 2026
112
23:46 / 06 İyul 2026
510
23:41 / 06 İyul 2026
208
23:32 / 06 İyul 2026
233
23:08 / 06 İyul 2026
985
23:02 / 06 İyul 2026
482
22:53 / 06 İyul 2026
108
22:41 / 06 İyul 2026
222
22:36 / 06 İyul 2026
529
22:32 / 06 İyul 2026
104
22:26 / 06 İyul 2026
95
22:15 / 06 İyul 2026
131
22:05 / 06 İyul 2026
89
22:05 / 06 İyul 2026
98
22:00 / 06 İyul 2026
103
21:53 / 06 İyul 2026
102
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.