Şok: ABŞ İranı vurmaq üçün Xəzərə girir
10 Noyabr 2026, 10:15
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
828
29.06.2026, 23:01
Bolu Bələdiyyə sədrliyi vəzifəsindən uzaqlaşdırılan və həbsdə olan Tanju Özcan barəsində “vəzifə səlahiyyətlərindən istifadə etməklə törədildiyi iddia olunan ağırlaşdırılmış” işi üzrə həbs qətimkan tədbiri ləğv edilib.
Oxu24.com CNN Türk”ə istinadən xəbər verir ki, Bolu Bələdiyyəsinin əməkdaşı Öznur Ç. prokurorluğa müraciət edərək Özcan haqqında yeni iddialar irəli sürüb. Şikayətçi işdən çıxarılmaq qorxusu səbəbindən uzun müddət baş verənlər barədə danışmadığını bildirib.
Bu ifadələrdən sonra Özcan barəsində yeni cinayət işi açılıb və o, sözügedən ittiham üzrə həbs olunub. Müdafiə tərəfinin etirazına baxan məhkəmə isə iş materiallarında kifayət qədər maddi sübutun, tərəfsiz şahid ifadələrinin və güclü cinayət şübhəsini təsdiqləyən dəlillərin olmadığını əsas gətirərək həmin ittiham üzrə həbs qərarını ləğv edib.
Məhkəmə qərarında tərəflər arasında əvvəldən hüquqi mübahisələrin və qarşılıqlı ittihamların mövcud olduğu, yalnız zərərçəkmişin ifadəsinin məhkumluq və ya həbs üçün yetərli sayıla bilməyəcəyi vurğulanıb. Qərarda həmçinin həbsin istisna xarakterli tədbir olduğu və şəxslərin “ləkələnməmək hüququnun” hüquq dövlətinin əsas prinsiplərindən biri olduğu qeyd edilib.
Bununla belə, Tanju Özcanın “məcburetmə yolu ilə irtikab” ittihamı üzrə başqa bir cinayət işi çərçivəsində həbsdə qalmağa davam etdiyi bildirilib.
10:45 / 10 Noyabr 2026
19
10:39 / 10 Noyabr 2026
69
10:32 / 10 Noyabr 2026
51
10:28 / 10 Noyabr 2026
76
10:21 / 10 Noyabr 2026
87
10:17 / 10 Noyabr 2026
76
10:15 / 10 Noyabr 2026
83
10:10 / 10 Noyabr 2026
65
09:50 / 10 Noyabr 2026
173
09:46 / 10 Noyabr 2026
92
09:35 / 10 Noyabr 2026
119
09:26 / 10 Noyabr 2026
160
09:19 / 10 Noyabr 2026
110
08:56 / 10 Noyabr 2026
209
08:46 / 10 Noyabr 2026
247
08:42 / 10 Noyabr 2026
2207
05:37 / 10 Noyabr 2026
160
05:27 / 10 Noyabr 2026
259
04:34 / 10 Noyabr 2026
160
04:12 / 10 Noyabr 2026
219
02:34 / 10 Noyabr 2026
182
02:02 / 10 Noyabr 2026
169
01:30 / 10 Noyabr 2026
442
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.