Trampdan həmin xəbərlərə REAKSİYA
10 Noyabr 2026, 11:04
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
662
29.06.2026, 13:06
“Ukrayna işğalçı Rusiyanın hərbi planlarında yer alan Belarusa raket və dron zərbəsi vurarsa və bu halda Minsk Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) dəstək istəyərsə, qurum üzvlərindən Qazaxıstan və Qırğızıstanın mövqeyi necə olacaq?”
Oxu24.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Mərkəzi Asiyanın bu iki dövləti KTMT üzvü olsalar da, Belarusun dəstək çağırışına seyrçi qalacaqlar:
“Çünki, birincisi, Belarus Rusiyanın Ukraynaya qarşı işğalçı planlarına şərikdirsə, bunun Qazaxıstana və Qırğızıstana aidiyyəti yoxdur.
İkincisi, Qazaxıstan və Qırğızıstan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirlər. Doğrudur, 2022-ci ilin yanvar ayında Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev ölkədəki iğtişaşlarla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından kömək istəmişdi və dəstəyə görə təşkilata minnətdarlığını bildirmişdi. Ancaq Qazaxıstandakı iğtişaşların yatırılmasıyla Ukraynaya qarşı işğalçı müharibəyə dəstək arasında böyük fərq var. Digər tərəfdən Minskin çağırışına Qazaxıstan və Qırğızıstan müsbət reaksiya verməyəcəkləri halda bu KTMT-nin nüfuzuna növbəti zərbə olacaq. Öz növbəsində bu Ermənistanın KTMT üzvlüyündən çıxmasını asanlaşdırar”.
Politoloq deyib ki, Qazaxıstan Müdafiə Nazirliyinin iyunun 29-dan iyulun 2-dək qoşunların ən yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi üzrə planlı təlimlərin keçiriləcəyini açıqlaması təsadüfi deyil:
“Qazaxıstan MN yaydığı məlumatda “Müdafiə Nazirliyi vətəndaşları, sosial şəbəkə istifadəçilərini və media nümayəndələrini yalnız rəsmi mənbələrin yaydığı məlumatlara etibar etməyə çağırıb” cümləsi də diqqəti çəkib. Bu təlimlər Qazaxıstanın öz ordusunu işğalçı müharibə aparan dövlətin müttəfiqinin ərazisini qorumağa hədəflənməyib, əksinə Astanaya təzyiq etmək istəyənlərə mesajdır”.
11:16 / 10 Noyabr 2026
1
11:04 / 10 Noyabr 2026
41
10:45 / 10 Noyabr 2026
70
10:39 / 10 Noyabr 2026
244
10:32 / 10 Noyabr 2026
78
10:28 / 10 Noyabr 2026
120
10:21 / 10 Noyabr 2026
152
10:17 / 10 Noyabr 2026
100
10:15 / 10 Noyabr 2026
118
10:10 / 10 Noyabr 2026
100
09:50 / 10 Noyabr 2026
333
09:46 / 10 Noyabr 2026
101
09:35 / 10 Noyabr 2026
128
09:26 / 10 Noyabr 2026
175
09:19 / 10 Noyabr 2026
120
08:56 / 10 Noyabr 2026
229
08:46 / 10 Noyabr 2026
308
08:42 / 10 Noyabr 2026
2631
05:37 / 10 Noyabr 2026
164
05:27 / 10 Noyabr 2026
267
04:34 / 10 Noyabr 2026
163
04:12 / 10 Noyabr 2026
220
02:34 / 10 Noyabr 2026
183
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.