Kapitan öldü
12 Sentyabr 2026, 23:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
534
25.06.2026, 19:29
Son 24 saat ərzində dünyanın müxtəlif bölgələrində bir neçə güclü zəlzələ baş verib. Venesuela, Yaponiya və ABŞ-da qeydə alınan yeraltı təkanlar ciddi narahatlıq yaradıb. Ən güclü zəlzələlərin 7,5 bal gücünə qədər çatdığı bildirilir.
Oxu24.com xəbər verir ki, Venesuelada 39 saniyə ara ilə iki güclü zəlzələ qeydə alınıb. ABŞ Geoloji xidmətinin (USGS) məlumatına görə, ölkənin Yaracuy əyalətində Yumaredən 23 kilometr cənub-şərqdə 7,5 bal gücündə ilk zəlzələ baş verib. Bundan cəmi 39 saniyə sonra San Felipedən 24 kilometr şimal-şərqdə 7,2 bal gücündə ikinci təkan qeydə alınıb. Zəlzələlərin nisbətən dayaz dərinlikdə 10 kilometr və 21,9 kilometr səviyyəsində baş verməsi dağıntı riskini daha da artırıb.
Rəsmi açıqlamalara görə, Venesuelada baş verən güclü zəlzələlər nəticəsində 32 nəfər həyatını itirib, 700-dən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. Bölgədə dağıntıların aradan qaldırılması və axtarış-xilasetmə işləri fasiləsiz davam etdirilir.
Yaponiyada isə 6,9 bal gücündə zəlzələ ölkənin şimal-şərqində yerləşən İvate prefekturası sahillərində baş verib. Kuji şəhəri yaxınlığında qeydə alınan təkanların 51,7 kilometr dərinlikdə olduğu bildirilir. Hadisədən sonra sunami təhlükəsi elan edilməsə də ən azı 6 nəfərin yaralandığı və bəzi bölgələrdə panika yaşandığı açıqlanıb.
ABŞ-ın Kaliforniya ştatında da 5,6 bal gücündə zəlzələ qeydə alınıb. Redvud Vadisi bölgəsindən 11 kilometr şimalda baş verən zəlzələ 8,8 kilometr dərinlikdə meydana gəlib. İlkin məlumatlara əsasən, burada ciddi insan itkisi və ya böyük dağıntı qeydə alınmayıb.
Mütəxəssislər Venesuelada ardıcıl baş verən güclü zəlzələlərdən sonra afterşok riskinin hələ də yüksək olduğunu bildirirlər. Rəsmilər isə əhaliyə ehtiyatlı olmağı rəsmi xəbərdarlıqlara əməl etməyi və təhlükəsiz ərazilərdə qalmağı tövsiyə edir.
00:51 / 13 Sentyabr 2026
78
00:35 / 13 Sentyabr 2026
402
00:14 / 13 Sentyabr 2026
897
00:06 / 13 Sentyabr 2026
374
23:49 / 12 Sentyabr 2026
93
23:38 / 12 Sentyabr 2026
176
23:34 / 12 Sentyabr 2026
116
23:31 / 12 Sentyabr 2026
89
22:35 / 12 Sentyabr 2026
91
22:31 / 12 Sentyabr 2026
80
22:26 / 12 Sentyabr 2026
133
22:25 / 12 Sentyabr 2026
240
22:22 / 12 Sentyabr 2026
102
22:14 / 12 Sentyabr 2026
103
22:13 / 12 Sentyabr 2026
779
22:02 / 12 Sentyabr 2026
691
21:52 / 12 Sentyabr 2026
183
21:34 / 12 Sentyabr 2026
373
21:25 / 12 Sentyabr 2026
3345
21:20 / 12 Sentyabr 2026
87
21:14 / 12 Sentyabr 2026
99
21:05 / 12 Sentyabr 2026
81
20:48 / 12 Sentyabr 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.