Trampdan həmin xəbərlərə REAKSİYA
10 Noyabr 2026, 11:04
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
541
22.06.2026, 15:03
Bu günlərdə İrəvanın Ərəbkir rayonunun rəhbəri Suren Varosyanın toy mərasimi Ərəbkirin “Yeraz” parkında yerləşən restoran komplekslərinin birində baş tutub.
Musavat.com erməni mediasına istinadən məlumat verir ki, tədbir açıq havada baş tutub və qonaqlar arasında müxtəlif dövlət rəsmiləri, rayon rəhbərləri və Varosyanın yaxın adamları olub. Bundan başqa, toy mərasimində Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edib və qısa müddət ərzində restoranda olub.
“Suren Varosyan ictimaiyyətə ilk növbədə baş nazirin aparatında protokol işçisi kimi tanınıb, daha sonra İrəvan administrasiyasına keçib. 2024-cü ildə Ərəbkir inzibati ərazi dairəsi başçısının müavini təyin edilib və icra başçısı vəzifəsində çalışıb, 2025-ci ilin avqustunda isə rəsmən rayon rəhbəri olub”, - erməni saytı bildirir.
Maraqlısı toyun “Yeraz” adlanan parkda keçirilməsidir.
Maraqlıdır, Paşinyanın da iştirak etdiyi toyun keçirildiyi parka verilən bu adın mənası nədir?.. Bununla bağlı Qərbi Azərbaycandan olan bir neçə tanınmış şəxsə müraciət etsək də, detallı məlumat almaq mümkün olmadı.
Ermənişünas alim, professor Qafar Çaxmaqlı isə sorğumuza cavabında bildirdi ki, İrəvandakı “Yeraz” adı “İrəvan Avtomobil Zavodu”nun ümumiləşdirilmiş formasıdır, bu mənada Qərbi Azərbaycandan, İrəvandan deportasiya edilmiş azərbaycanlılarla hər hansı əlaqəsi yoxdur.
Q.Çaxmaqlı əlavə etdi ki, Ərəbkir adını saxlaması da təsadüfi deyil. Belə ki, Türkiyənin Maraş bölgəsində olan Ərəbkirdən getmə olduqlarını əks etdirən toponimdir.
14:23 / 10 Noyabr 2026
21
14:20 / 10 Noyabr 2026
102
14:09 / 10 Noyabr 2026
65
14:00 / 10 Noyabr 2026
367
13:44 / 10 Noyabr 2026
84
13:38 / 10 Noyabr 2026
263
13:26 / 10 Noyabr 2026
973
13:24 / 10 Noyabr 2026
104
13:20 / 10 Noyabr 2026
265
13:05 / 10 Noyabr 2026
141
13:00 / 10 Noyabr 2026
118
12:37 / 10 Noyabr 2026
384
12:31 / 10 Noyabr 2026
113
12:21 / 10 Noyabr 2026
488
12:18 / 10 Noyabr 2026
133
12:04 / 10 Noyabr 2026
144
12:00 / 10 Noyabr 2026
315
11:45 / 10 Noyabr 2026
2376
11:42 / 10 Noyabr 2026
110
11:39 / 10 Noyabr 2026
130
11:28 / 10 Noyabr 2026
129
11:16 / 10 Noyabr 2026
225
11:04 / 10 Noyabr 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.