Azərbaycanda xəritədən tamamilə silinən sirli ada – İnsana hücum edən vəhşi atlar və "Kabus şəhər"in sonuncu sakini..
19 İyun 2026, 18:39
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
120
19.06.2026, 15:53
Rusiya Federasiyası Mərkəzi Bankının sədri Elvira Nabiullinanın son vaxtlar ictimaiyyət qarşına çıxmamasının səbəbi məlum olub.
Oxu24.com xəbər verir ki, buna baş bankirin ağır respirator infeksiya keçirməsi səbəb olub.
"Financial Times" (FT) nəşrinin öz mənbələrinə istinadən yaydığı məlumata görə, Nabiullinanın uzunmüddətli yoxluğu onun Rusiya prezidenti Vladimir Putinin gözündən düşməsi barədə şayiələrin yaranmasına yol açıb.
Sitat gətirilən mənbələr bildirir ki, Rusiya rəsmiləri artıq Nabiullinanın postundan gedəcəyi təqdirdə Mərkəzi Bankda baş verə biləcək potensial dəyişiklikləri müzakirə etməyə başlayıblar.
Ehtimal olunan ssenarilər arasında tənzimləyicinin geniş səlahiyyətlərinin bir neçə qurum arasında bölünməsi və inflyasiyanın hədəf səviyyəyə qaytarılması istiqamətindəki sərt pul-kredit siyasətinin yumşaldılması yer alır.
Nəşrin məlumatına görə, Mərkəzi Bankın sədri postuna əsas namizədlər qismində Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Maksim Oreşkin və "Promsvyazbank"ın rəhbəri Pyotr Fradkovun adları çəkilir.
"The Bell" nəşri isə VTB-nin rəhbəri Andrey Kostinin də namizədlər arasında olduğunu iddia edir.
Bununla belə, mənbələr Putinin Nabiullinanı hazırkı vəzifəsində saxlamaq üçün hələ də bir yol tapa biləcəyini vurğulayırlar.
Qeyd edək ki, bu gün Mərkəzi Bankın uçot dərəcəsi ilə bağlı keçiriləcək mətbuat konfransında Elvira Nabiullinanın şəxsən iştirak edəcəyi gözlənilir. (Musavat)
19:51 / 19 İyun 2026
47
19:39 / 19 İyun 2026
214
19:29 / 19 İyun 2026
56
18:54 / 19 İyun 2026
390
18:49 / 19 İyun 2026
95
18:39 / 19 İyun 2026
88
18:23 / 19 İyun 2026
86
18:06 / 19 İyun 2026
427
17:59 / 19 İyun 2026
56
17:59 / 19 İyun 2026
60
17:48 / 19 İyun 2026
98
17:41 / 19 İyun 2026
77
17:38 / 19 İyun 2026
87
17:33 / 19 İyun 2026
78
17:28 / 19 İyun 2026
83
17:23 / 19 İyun 2026
110
17:20 / 19 İyun 2026
102
17:20 / 19 İyun 2026
95
17:15 / 19 İyun 2026
99
17:13 / 19 İyun 2026
106
17:06 / 19 İyun 2026
106
17:03 / 19 İyun 2026
89
17:00 / 19 İyun 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.