Azərbaycanda xəritədən tamamilə silinən sirli ada – İnsana hücum edən vəhşi atlar və "Kabus şəhər"in sonuncu sakini..
19 İyun 2026, 18:39
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
97
19.06.2026, 15:36
Şri-Lankada son illərin ən ağır denq qızdırması epidemiyası yaşanır. Ölkədə bu ilin əvvəlindən indiyədək 44 mindən çox yoluxma, 28 ölüm halı qeydə alınıb.
Oxu24.com straitstimes.com-a istinadən xəbər verir ki, yoluxmaların sayı son aylarda sürətlə artıb. Belə ki, aprel ayında 5 651 nəfərdə qeydə alınan xəstəlik iyunun ilk iki həftəsində 10 638 nəfərə çatıb.
Mütəxəssislər xəstəliyin geniş yayılmasını ötən ilin sonunda ölkəyə təsir edən siklonun yaratdığı fəsadlar, həmçinin plansız urbanizasiya ilə əlaqələndirirlər. Güclü yağışlar və ətraf mühitdə yaranan tullantılar ağcaqanadların çoxalması üçün əlverişli şərait formalaşdırıb.
Şri-Lankanın Milli Denq Nəzarət Bölməsinin nümayəndəsi Praşila Samaraveera bildirib ki, siklondan sonra ağcaqanadların çoxalma ocaqları xeyli artıb və bu da yoluxmaların yüksəlməsinə səbəb olub.
Ölkənin səhiyyə naziri Nalinda Jayatissa isə xəbərdarlıq edib ki, xəstə sayının daha da artması dövlət xəstəxanalarının fəaliyyətinə ciddi təsir göstərə bilər.Səhiyyə qurumları əhalini ehtiyatlı olmağa, ağcaqanadların çoxaldığı yerlərin məhv edilməsinə və profilaktik tədbirlərə ciddi əməl etməyə çağırır.
Jalə
19:39 / 19 İyun 2026
113
19:29 / 19 İyun 2026
34
18:54 / 19 İyun 2026
231
18:49 / 19 İyun 2026
88
18:39 / 19 İyun 2026
85
18:23 / 19 İyun 2026
78
18:06 / 19 İyun 2026
396
17:59 / 19 İyun 2026
55
17:59 / 19 İyun 2026
58
17:48 / 19 İyun 2026
92
17:41 / 19 İyun 2026
73
17:38 / 19 İyun 2026
85
17:33 / 19 İyun 2026
75
17:28 / 19 İyun 2026
81
17:23 / 19 İyun 2026
106
17:20 / 19 İyun 2026
101
17:20 / 19 İyun 2026
94
17:15 / 19 İyun 2026
97
17:13 / 19 İyun 2026
105
17:06 / 19 İyun 2026
104
17:03 / 19 İyun 2026
87
17:00 / 19 İyun 2026
106
16:55 / 19 İyun 2026
111
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.