Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyədə genişmiqyaslı əməliyyat - 70 nəfər tutuldu

Türkiyədə genişmiqyaslı əməliyyat - 70 nəfər tutuldu

DÜNYA

125

19.06.2026, 14:45

Türkiyədə təhlükəsizlik qüvvələri tərəfindən 26 vilayətdə Türkiyə Jandarma Baş Komandanlığı və prokurorluq orqanlarının koordinasiyası ilə genişmiqyaslı əməliyyatlar keçirilib.

Oxu24.com Türkiyə KİV-lərinə istinadən xəbər verir ki,əməliyyatlar nəticəsində ISIS terror təşkilatına qarşı aparılan tədbirlər çərçivəsində 70 şübhəli saxlanılaraq nəzarətə götürülüb.

Məlumata görə, reydlər əraziJandarma Komandanlığı tərəfindən Adana, İstanbul, İzmir, Qaziantep, Konya, Mersin və digər vilayətlərdə eyni vaxtda həyata keçirilib.

Saxlanılan şəxslərin terror təşkilatına üzv olduqları, onunla əlaqəli strukturlar vasitəsilə maliyyələşdirmə apardıqları, həmçinin sosial şəbəkələrdə təbliğat fəaliyyəti göstərdikləri müəyyən edilib.

Türkiyənin Daxili İşlər Nazirliyi  əməliyyatlarla bağlı açıqlamasında terror təşkilatlarının fəaliyyətinə və maliyyə şəbəkələrinə qarşı mübarizənin qətiyyətlə davam etdirildiyini bildirib.

Qurum əməliyyatlarda iştirak edən bütün təhlükəsizlik qüvvələrinə təşəkkür edib və terrorla mübarizənin fasiləsiz şəkildə davam etdiriləcəyini vurğulayıb.

Turan