Türkiyədən Rusiyaya mühüm səfər
10 İyun 2026, 11:52
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
431
20.05.2026, 14:57
Azərbaycan ilə Çin Xalq Respublikası arasında ticarət əlaqələrində dinamik artım tempinin qeydə alınması diqqət mərkəzindədir. Cari ilin yanvar-aprel aylarının yekunlarına əsasən, iki ölkə arasındakı ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz artaraq 1,5 milyard dolları üstələyib. Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Çin ilə ticarətin payı isə 8,7 faiz təşkil edib.
İki ölkə arasında ticarət dövriyyəsinin bu cür sürətlə yüksəlməsinin əsas iqtisadi və logistik səbəblərini tanınmış iqtisadçı ekspert Natiq Cəfərli Oxu24.com-a şərh edib.
İqtisadçı Natiq Cəfərli ilk növbədə ölkəmizin daxili bazarının strukturuna toxunaraq bildirib ki, ticarət dövriyyəsindəki bu artım birbaşa olaraq Azərbaycanın idxal meyilliliyi ilə bağlıdır. Ekspertin sözlərinə görə, ölkədə yerli istehsal potensialının az olması və daxili tələbatı tam qarşılamaması səbəbindən Azərbaycan Çin bazarına daha çox üstünlük verir və bu ölkədən böyük həcmdə mal və məhsul idxal etmək məcburiyyətində qalır. Bu amil iki tərəfli ticarət göstəricilərinin böyüməsində əsas hərəkətverici qüvvə kimi çıxış edir.
Dünya bazarında baş verən makroiqtisadi prosesləri dəyərləndirən ekspert Çin məhsullarının maliyyə baxımından cəlbediciliyini xüsusi vurğulayıb. Natiq Cəfərli qeyd edib ki, hazırda dünyanın bir çox ölkələrində ciddi və kəskin inflyasiya prosesləri müşahidə olunmaqdadır. Lakin digər dövlətlərdən fərqli olaraq, Çin istehsalı olan məhsulların qiymətində dollar ifadəsində hər hansı bir bahalaşma qeydə alınmayıb. Əksinə, qlobal inflyasiya fonunda Çin mallarının qiymətində müəyyən mənada ucuzlaşma prosesi gedir ki, bu da həmin məhsulların rəqabətqabiliyyətliliyini əhəmiyyətli dərəcədə artırır.
Qiymət amilinə təsir edən digər mühüm səbəb kimi iqtisadçı Çinin milli valyutasının məzənnəsindəki dəyişiklikləri göstərib:
“Hazırda Çin yuanının dollar və digər xarici valyutalar qarşısında bir qədər dəyərdən düşməsi, ucuzlaşması müşahidə olunur. Yuanın məzənnəsinin aşağı düşməsi isə Çin mallarının xarici bazarlar, o cümlədən Azərbaycan üçün daha cəlbedici, daha sərfəli və əlçatan olmasına birbaşa zəmin yaradır”.
Ticarət dövriyyəsinin genişlənməsini şərtləndirən ən mühüm regional amillərdən biri də nəqliyyat-logistika imkanlarının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasıdır. Ekspert bildirib ki, regionun ən böyük nəqliyyat layihələrindən olan "Orta Dəhliz" artıq əvvəlki dövrlərə nisbətən daha böyük sürətlə və tam gücü ilə işləməyə başlayıb.
Bu dəhlizin aktivləşməsi nəticəsində Azərbaycan Çin istehsalı olan müxtəlif təyinatlı malları dəmir yolları vasitəsilə birbaşa və daha rahat şəkildə ölkəyə gətirmək imkanı qazanıb. Dəmir yolu xətləri ilə daşınmanın asanlaşması, logistik maneələrin aradan qalxması və nəqliyyat strukturunun effektiv qurulması Çindən edilən idxalın, bütövlükdə isə ticarət dövriyyəsinin kəskin şəkildə yüksəlməsinə təkan verən ən əsas amillərdəndir.
Çimnaz Telmanqızı
12:00 / 10 İyun 2026
4
11:52 / 10 İyun 2026
19
11:47 / 10 İyun 2026
51
11:41 / 10 İyun 2026
58
11:36 / 10 İyun 2026
52
11:32 / 10 İyun 2026
64
11:21 / 10 İyun 2026
64
11:13 / 10 İyun 2026
83
11:06 / 10 İyun 2026
399
11:01 / 10 İyun 2026
58
10:53 / 10 İyun 2026
57
10:50 / 10 İyun 2026
113
10:34 / 10 İyun 2026
88
10:32 / 10 İyun 2026
64
10:30 / 10 İyun 2026
73
10:24 / 10 İyun 2026
89
10:18 / 10 İyun 2026
72
10:16 / 10 İyun 2026
69
10:08 / 10 İyun 2026
835
10:02 / 10 İyun 2026
121
09:58 / 10 İyun 2026
115
09:45 / 10 İyun 2026
70
09:43 / 10 İyun 2026
63
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.