Putin üçün uzunömürlülük axtarışı: 7 min meymun...
11 Noyabr 2026, 16:04
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
526
20.05.2026, 13:05
Rusiya Prezidenti Vladimir Putin Çin Prezidenti Si Cinpinlə keçirdiyi danışıqları dostcasına və məzmunlu adlandırıb. Tərəflər dar tərkibdə qarşılıqlı etimad şəraitində ikitərəfli əməkdaşlığın əsas istiqamətləri üzrə ətraflı fikir mübadiləsi aparıblar.
Oxu24.com xəbər verir ki,məsələ ilə bağlı politoloq Niyaməddin Orduxanlı Ajans.az-a açıqlama verib.
O bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Çin Prezidenti Si Cinpinlə keçirdiyi danışıqlar iki dost ölkə arasında formalaşmış münasibətlərdən irəli gəlir. Məlumdur ki, Rusiya ilə Çin arasında uzun illərdir davam edən yaxın müttəfiqlik mövcuddur və bu əməkdaşlıq iqtisadi, siyasi, mədəni və digər sahələri əhatə edir. Putinin Çində yüksək səviyyədə qarşılanması da bu münasibətlərin göstəricisidir.
Politoloq deyib ki, bu əlaqələrin inkişafı region üçün də əhəmiyyətlidir və tərəflərin iqtisadi münasibətlərinin daha da genişlənəcəyini göstərir. Eyni zamanda, bu danışıqların qlobal siyasətə də müəyyən təsirləri olacaq.
“Digər tərəfdən, Çin-ABŞ münasibətlərində ciddi rəqabət və soyuqluq müşahidə olunur. Rusiya bu rəqabətdə ABŞ-la deyil, Çinlə yaxın münasibətlərə üstünlük verir. Bu isə Rusiya-ABŞ münasibətlərində gərginliyə səbəb olur.”
Niyaməddin Orduxanlı qeyd edib ki, Ukraynada baş verən müharibə də Qərbin, xüsusilə ABŞ və Avropa ölkələrinin Rusiyaya qarşı sərt mövqeyi ilə müşayiət olunur. Bu hadisələr fonunda Çin-Rusiya münasibətləri daha da ön plana çıxır.
“ABŞ özünü qlobal lider kimi qorumağa çalışır və Çinin alternativ güc kimi yüksəlməsi Vaşinqtonun maraqlarına uyğun gəlmir. Çin iqtisadiyyatının sürətli inkişafı isə bu rəqabəti daha da dərinləşdirir və tərəflər arasında, xüsusilə iqtisadi sahədə, gərginliyi artırır.”
Sonda vurğulanıb ki, ABŞ və Çin arasında da müəyyən səviyyədə dialoq və əməkdaşlıq cəhdləri mövcuddur. Lakin ümumi mənzərədə Rusiya-Çin münasibətləri daha yaxın və davamlı xarakter daşıyır ki, bu da ABŞ-ı müəyyən dərəcədə narahat edir.
16:07 / 11 Noyabr 2026
50
16:04 / 11 Noyabr 2026
92
16:01 / 11 Noyabr 2026
73
16:00 / 11 Noyabr 2026
49
15:50 / 11 Noyabr 2026
64
15:50 / 11 Noyabr 2026
60
15:40 / 11 Noyabr 2026
63
15:31 / 11 Noyabr 2026
257
15:27 / 11 Noyabr 2026
483
15:13 / 11 Noyabr 2026
101
15:07 / 11 Noyabr 2026
149
14:51 / 11 Noyabr 2026
111
14:43 / 11 Noyabr 2026
170
14:39 / 11 Noyabr 2026
182
14:36 / 11 Noyabr 2026
106
14:26 / 11 Noyabr 2026
269
14:13 / 11 Noyabr 2026
804
13:58 / 11 Noyabr 2026
292
13:54 / 11 Noyabr 2026
570
13:48 / 11 Noyabr 2026
158
13:44 / 11 Noyabr 2026
231
13:41 / 11 Noyabr 2026
122
13:33 / 11 Noyabr 2026
294
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.