Qaynar xətt:

(+99450) 247 90 86

Kremldən İrəvana 29 may xəbərdarlığı

Kremldən İrəvana 29 may xəbərdarlığı

DÜNYA

57

20.05.2026, 00:00

Avrasiya İqtisadi İttifaqının (Aİİ) dövlət başçıları mayın 29-da Astanada keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının iclasında Ermənistanın statusunu müzakirə edəcəklər.

 Oxu24.com  bildirir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk TASS-a müsahibəsində bildirib.

 

“Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı statusu ilə bağlı müzakirələr aparılacaq. Bu, çox mürəkkəb məsələdir. Biz Ermənistanın Aİİ-dən çıxmasını istəmirik; biz Ermənistanın çiçəklənməyə davam etməsini istəyirik, lakin biz Avropa İttifaqına üzvlük və ya AB ilə sıx əlaqələr zamanı yarana biləcək problemləri görürük. Əslində, onlar artıq ortaya çıxır”, - o deyib.

 

Overçuk qeyd edib ki, Aİİ-yə üzv olduğu 11 il ərzində Ermənistanın sözün əsl mənasında çiçəklənib, həyat səviyyəsi və ÜDM yüksəlib. “Bütün bunlar əsasən Aİİ üzvlüyünün verdiyi iqtisadi səmərə sayəsində baş verir. Bunu Ermənistan üçün heç kim əvəz edə bilməz", - o əlavə edib və Avropa İttifaqına üzv olmaq istəyən Paşinyan hakimiyyətinə 7 iyun seçkiləri öncəsi ciddi xəbərdarlıqlar edib//Musavat.com