Abbas Əraqçidən şok açıqlama: Bölgəni tərk edin
10 İyun 2026, 01:04
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
482
12.05.2026, 14:23
Transmilli cinayətkar aləmin təhlükəli fiqurlarından biri, "Batuwatte Chamara" ləqəbli narkobaron Manoj Suranqanın Azərbaycanda saxlanılaraq Şri-Lankaya təhvil verilməsi Bakının transmilli cinayətkarlığa qarşı mübarizədəki rolunu yenidən gündəmə gətirib. Uzun illər Dubayda gizlənən, silahlı hücumlar və geniş narkotrafik şəbəkəsinin idarə olunmasında ittiham edilən 48 yaşlı mafiya liderinin məhz Bakıda DTX tərəfindən aşkar olunması, xarici kriminal ünsürlərin Azərbaycanı "təhlükəsiz liman" kimi görmək cəhdlərinin iflasa uğradığını göstərir. Son illər Hindistan və Pakistan əsilli müxtəlif cinayətkar qruplaşmaların üzvlərinin də Bakıda ələ keçirilməsi bu istiqamətdəki əməliyyatların intensivləşdiyini təsdiqləyir.
Oxu24.com NOCOMMENT.az-a istinadən xəbər verir ki, sayta danışan hüquqşünas Natiq Ələsgərov qeyd edib ki, Cənubi Asiya mənşəli kriminal fiqurların Bakını gizlənmə yeri kimi seçməsi bir neçə strateji və coğrafi amillə bağlıdır: "Bu şəxslər adətən Azərbaycanın əlverişli coğrafi mövqeyindən, Şərqlə Qərb arasında körpü rolunu oynamasından istifadə etməyə çalışırlar. Onlar düşünürlər ki, Bakı kimi sürətlə inkişaf edən, beynəlxalq turizm və biznes mərkəzinə çevrilən bir şəhərdə xarici vətəndaş axınının içərisində itmək və diqqətdən kənarda qalmaq daha asandır. Xüsusilə Dubay və digər körfəz ölkələrində nəzarət mexanizmləri gücləndikcə, onlar Azərbaycan kimi həm viza rejiminin rahat olduğu, həm də logistik baxımdan əlverişli bölgələrə yönəlirlər. Lakin Manoj Suranqa hadisəsi göstərdi ki, Azərbaycanın daxili təhlükəsizlik filtrləri və kəşfiyyat şəbəkəsi bu cür 'sabit' gizlənmə planlarını dərhal alt-üst edir".
Onun sözlərinə görə, bu cinayətkarların Bakıda gizlənmə cəhdlərinin arxasında həm də saxta biznes və ya investisiya görüntüsü yaratmaq məqsədi dayanır: "Mütəşəkkil cinayətkar qrupların rəhbərləri çox vaxt ölkəyə qanuni yollarla, investor və ya iş adamı adı altında daxil olurlar. Onlar burada müəyyən daşınmaz əmlak alaraq və ya kiçik müəssisələr quraraq öz keçmişlərini təmizləməyə (money laundering) çalışırlar. Hindistan və Şri-Lanka kimi ölkələrdəki kriminal keçmişlərindən uzaqlaşmaq üçün Azərbaycanın sabit və təhlükəsiz ölkə imicindən 'qalxan' kimi istifadə etmək istəyirlər. Lakin Azərbaycanın hüquq-mühafizə orqanlarının İnterpol və digər dövlətlərin kəşfiyyat xidmətləri ilə sıx inteqrasiyası bu şəxslərin real kimliyinin qısa müddətdə üzə çıxmasına imkan verir".
Ələsgərov vurğulayıb ki, son dövrlərdə həyata keçirilən uğurlu ekstradisiya prosesləri Azərbaycanın beynəlxalq hüquq müstəvisindəki nüfuzunu artırır: "Manoj Suranqanın Şri-Lanka Dövlət Kəşfiyyat Xidməti (SIS) ilə birgə əməliyyat nəticəsində tutulması transmilli cinayətkarlıqla mübarizədə vahid cəbhənin formalaşdığının sübutudur. Bakının bu cür ünsürlərdən təmizlənməsi həm də daxili sabitliyin qorunması deməkdir. Çünki bu tip narkobaronlar və mafiya başçıları gizləndikləri ölkədə istər-istəməz kriminal şəbəkə qurmağa, yerli resursları çirkləndirməyə meyillidirlər. Azərbaycan dövlətinin sərt və prinsipial mövqeyi ondan ibarətdir ki, ölkə ərazisi heç bir halda beynəlxalq cinayətkarlar üçün sığınacaq ola bilməz. Bu cür əməliyyatların davamlı olması digər potensial cinayətkarlar üçün də ciddi bir xəbərdarlıq mesajıdır".
01:04 / 10 İyun 2026
147
00:24 / 10 İyun 2026
179
00:01 / 10 İyun 2026
130
23:52 / 09 İyun 2026
156
23:36 / 09 İyun 2026
264
23:26 / 09 İyun 2026
135
23:23 / 09 İyun 2026
131
23:15 / 09 İyun 2026
128
23:09 / 09 İyun 2026
112
23:03 / 09 İyun 2026
177
22:59 / 09 İyun 2026
268
22:52 / 09 İyun 2026
489
22:41 / 09 İyun 2026
128
22:06 / 09 İyun 2026
130
21:47 / 09 İyun 2026
136
21:29 / 09 İyun 2026
166
21:23 / 09 İyun 2026
120
21:11 / 09 İyun 2026
159
21:01 / 09 İyun 2026
120
21:00 / 09 İyun 2026
126
20:40 / 09 İyun 2026
148
20:27 / 09 İyun 2026
142
20:10 / 09 İyun 2026
1382
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.