ABŞ İrana zərbə endirdi
13 Noyabr 2026, 01:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1017
16.03.2026, 14:39
“ABŞ-İran qarşıdurması qısa zamanda bitəcək bir münaqişə deyil” - Politoloq
Artıq bir neçə müddətdir ki, ABŞ-İran qarşıdurması beynəlxalq siyasətin gərgin nöqtələrindən biridir. İki ölkə arasında gərginliklər nüvə proqramı, Yaxın Şərqdə hərbi müdaxilələr, eləcə də regional nüfuz mübarizəsi ilə daha da dərinləşib. Hərbi münaqişənin nə zaman tamamilə çözüləcəyinə dair dəqiq proqnoz vermək çətindir.
Münaqişənin nə zamana kimi davam edəcəyi təxminləri barədə Oxu24.com-a açıqlama verən politoloq Turab Rzayev bildirib ki, bu tip qarşıdurmalar uzunömürlü ola bilər, çünki hər iki tərəfin strateji məqsədləri ziddiyyətlidir:
“Regional müttəfiqlər - İsrail, Səudiyyə Ərəbistanı, Rusiya və Çin də bu münaqişəyə əlavə qatqı verirlər. Münaqişənin bitmə vaxtını dəqiq göstərmək mümkün deyil, amma bəzi ssenarilər var. Belə ki, nüvə anlaşmaları və ya yeni diplomatik müqavilələr nəticəsində gərginlik azala bilər. Lakin bu, tərəflərin kompromisə getməsindən asılıdır”.
Politoloq hərbi eskalasiya riskinin olduğunu qeyd edib:
“Sanksiyalara cavab olaraq və ya regional toqquşmaların nəticəsində kiçik hərbi əməliyyatlar davam edə bilər, amma genişmiqyaslı müharibə ehtimalı azdır. Gördünüyü kimi ABŞ-İran qarşıdurması qısa zamanda bitəcək bir münaqişə deyil, bu, geosiyasi, iqtisadi və strateji maraqların qarşıdurmasıdır. Əslində, bu qarşıdurma “dondurulmuş konflikt”ə çevrilə bilər, yəni münaqişə davam etsə də, hər zaman hərbi toqquşmaya çevrilmir”.
Yeganə
09:51 / 13 Noyabr 2026
10
09:46 / 13 Noyabr 2026
69
09:44 / 13 Noyabr 2026
34
09:38 / 13 Noyabr 2026
52
09:34 / 13 Noyabr 2026
86
09:33 / 13 Noyabr 2026
48
09:31 / 13 Noyabr 2026
53
01:52 / 13 Noyabr 2026
291
01:49 / 13 Noyabr 2026
783
01:42 / 13 Noyabr 2026
30
00:49 / 13 Noyabr 2026
154
00:18 / 13 Noyabr 2026
146
00:17 / 13 Noyabr 2026
226
23:53 / 12 Noyabr 2026
1616
23:51 / 12 Noyabr 2026
208
23:40 / 12 Noyabr 2026
269
23:34 / 12 Noyabr 2026
140
23:24 / 12 Noyabr 2026
1079
23:20 / 12 Noyabr 2026
141
23:19 / 12 Noyabr 2026
149
23:18 / 12 Noyabr 2026
147
23:12 / 12 Noyabr 2026
148
23:03 / 12 Noyabr 2026
149
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.