Lavrov: Moskva ABŞ-ın sülh təkliflərinə sadiqdir
15 İyun 2026, 14:32
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
912
16.03.2026, 11:48
“Zelenskinin razılaşma əldə etmək istəməməsinə təəccüblənirəm. Zelenskiyə deyin ki, razılaşma əldə etsin. Çünki Putin razılaşma əldə etməyə hazırdır. Zelenskiyə danışıqlar aparmaq daha çətindir", - Tramp deyib.
Tramp bu barədə “NBC News”a müsahibəsi zamanı məlumat verib.
ABŞ-nin Ukrayna siyasətindəki mümkün dəyişiklikləri və Donald Trampın son qalmaqallı bəyanatını Oxu24.com-a şərh edən politoloq Elman Telmanoğlu bildirib:
“ABŞ-da Ukrayna müharibəsi ilə bağlı ritorika zaman-zaman dəyişsə də, Vaşinqtonun strateji xətti ,əsasən, Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləmək üzərində qurulub. Bununla belə, ABŞ siyasi elitasında müharibənin davam etməsi, maliyyə və hərbi dəstəyin miqyası ilə bağlı müxtəlif yanaşmalar mövcuddur. Məhz bu kontekstdə Donald Trampın “Volodimir Zelenski razılığa gəlsin, çünki Vladimir Putin buna hazırdır” kimi açıqlamaları daha çox alternativ siyasi yanaşmanın ifadəsi kimi qiymətləndirilə bilər. Bu, ABŞ siyasətində tam kurs dəyişikliyi demək deyil, lakin müharibənin diplomatik həllinə daha çox üstünlük verən siyasi xəttin mövcud olduğunu göstərir”.
Politoloq onu da qeyd edib ki, Zelenski ilə Putin arasında real danışıqların başlaması üçün bir neçə mühüm şərt formalaşmalıdır:
“İlk növbədə, tərəflər arasında minimum etimad mühitinin yaranması və döyüş əməliyyatlarının ən azı qismən dayandırılması vacibdir. Bundan başqa, danışıqların gündəliyi, xüsusilə işğal olunmuş ərazilərin statusu, təhlükəsizlik təminatları və gələcək regional təhlükəsizlik arxitekturası kimi məsələlər, əvvəlcədən müəyyənləşdirilməlidir. Eyni zamanda, beynəlxalq vasitəçilərin iştirakı da danışıqlar prosesinin başlanması üçün mühüm amil sayılır.
Bu prosesdə ABŞ-nin rolu isə kifayət qədər həlledicidir. Vaşinqton Ukraynanın əsas siyasi, maliyyə və hərbi tərəfdaşı olduğuna görə, onun mövqeyi Kiyevin danışıqlar strategiyasına birbaşa təsir göstərir. Digər tərəfdən, ABŞ həm də Qərb koalisiyasının aparıcı aktoru kimi Rusiyaya qarşı tətbiq olunan sanksiya və diplomatik təzyiq mexanizmlərinin əsas təşəbbüskarlarından biridir. Bu baxımdan, Vaşinqtonun istənilən diplomatik təşəbbüsü və ya mövqeyindəki dəyişiklik müharibənin gələcək trayektoriyasına ciddi təsir göstərə bilər.
Ümumilikdə, mövcud geosiyasi şərait göstərir ki, Ukrayna müharibəsinin həlli yalnız tərəflərin siyasi iradəsi ilə deyil, həm də böyük güclərin, xüsusilə ABŞ-nin prosesə necə yanaşmasından asılı olacaq. Bu səbəbdən Vaşinqtonun mövqeyi danışıqlar perspektivinin formalaşmasında əsas faktor olaraq qalır”.
Çimnaz Telmanqızı
14:32 / 15 İyun 2026
1
14:07 / 15 İyun 2026
23
14:00 / 15 İyun 2026
45
13:55 / 15 İyun 2026
50
13:50 / 15 İyun 2026
50
13:37 / 15 İyun 2026
46
13:34 / 15 İyun 2026
47
13:32 / 15 İyun 2026
52
13:17 / 15 İyun 2026
61
13:06 / 15 İyun 2026
64
12:57 / 15 İyun 2026
196
12:49 / 15 İyun 2026
82
12:47 / 15 İyun 2026
214
12:31 / 15 İyun 2026
90
12:25 / 15 İyun 2026
76
12:13 / 15 İyun 2026
99
12:11 / 15 İyun 2026
76
12:06 / 15 İyun 2026
108
11:57 / 15 İyun 2026
154
11:48 / 15 İyun 2026
74
11:43 / 15 İyun 2026
999
11:41 / 15 İyun 2026
82
11:36 / 15 İyun 2026
316
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.