Kremldən İrəvana 29 may xəbərdarlığı
20 May 2026, 00:00
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
530
09.03.2026, 23:49
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
BTru barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib.
Onun sözlərinə görə, telefon danışığı Trampın təşəbbüsü ilə baş tutub.
“Tramp cari məsələləri, ilk növbədə İran ətrafındakı vəziyyəti və Ukrayna münaqişəsinin həlli məsələsini müzakirə etmək üçün Putinə zəng edib. Söhbət həmişəki kimi konstruktiv keçib və təxminən bir saat davam edib”, – deyə Kreml rəsmisi bildirib.
Uşakov Putinin Trampla 2025-ci ilin dekabr ayından bəri ilk dəfə telefonda danışdığını xatırladıb.
O əlavə edib ki, Vladimir Putin və Donald Tramp İranla müharibəni və Ukrayna ilə bağlı üçtərəfli danışıqları müzakirə ediblər.
Uşakov qeyd edib ki, Putin İran münaqişəsinin həlli ilə bağlı fikirlərini, o cümlədən Körfəz liderləri ilə danışıqlarının nəticələrini Trampa bildirib.
Kreml rəsmisi Trampla söhbətində Putinin xüsusi hərbi əməliyyat zamanı Rusiya qoşunlarının uğurlu irəliləyişini qeyd etdiyini və bunun Kiyevi danışıqlara təşviq etməli olduğunu söyləyib:
"Rusiya lideri həmçinin ABŞ-ın və şəxsən Trampın vasitəçilik səylərini yüksək qiymətləndirib. Tramp Ukrayna münaqişəsinin tez və uzunmüddətli həllində maraqlı olduğunu bir daha vurğulayıb"
Uşakov Putin və Trampın neft bazarındakı vəziyyəti müzakirə etdiklərini də bildirib.
00:59 / 20 May 2026
79
00:41 / 20 May 2026
69
00:00 / 20 May 2026
57
23:34 / 19 May 2026
97
23:21 / 19 May 2026
103
23:12 / 19 May 2026
72
22:56 / 19 May 2026
131
22:46 / 19 May 2026
139
22:44 / 19 May 2026
238
22:26 / 19 May 2026
75
22:13 / 19 May 2026
83
21:58 / 19 May 2026
512
21:49 / 19 May 2026
79
21:35 / 19 May 2026
98
21:20 / 19 May 2026
81
21:09 / 19 May 2026
139
20:47 / 19 May 2026
96
20:47 / 19 May 2026
75
20:42 / 19 May 2026
80
20:38 / 19 May 2026
71
20:34 / 19 May 2026
75
20:31 / 19 May 2026
63
20:27 / 19 May 2026
145
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.