Rusiya Ukraynanın 1198 dronunu vurub
13 Noyabr 2026, 12:17
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
764
03.03.2026, 11:23
ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində paylaşım edərək ölkəsinin sursat ehtiyatlarını demək olar ki, qeyri-məhdud adlandırıb və regiondakı hərbi əməliyyatlara dair fikirlərini açıqlayıb.
Oxu24.com əbər verir ki, Tramp paylaşımında yazıb:
“ABŞ-ın orta və yüksək səviyyəli sursat ehtiyatları heç vaxt bu qədər yüksək miqdarda və keyfiyyətdə olmayıb. Bizim qeyri məhdud sayda sursat təminatımız var. Yalnız bu ehtiyatlardan istifadə edərək müharibələri “əbədi” və çox uğurla aparmaq olar. Onlar digər ölkələrin ən yaxşı silahlarından da üstündür”.
O, həmçinin keçmiş sələfini tənqid edərək bildirib ki, Co Bayden Ukraynaya silah yardımı üçün “yüz milyardlarla dollar verib” və ABŞ arsenalını bərpa etməyib:
“Şükürlər olsun ki, mən ilk müddətimdə ordunu yenidən qurmuşam və bunu davam etdirirəm. ABŞ böyük uğur qazanmağa hazırdır!”
Xarici xəbər agentlikləri və ABŞ mediası bildirir ki, Trampın paylaşımı əməliyyatların gedişi ərəfəsində verilib. ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi “Əfsanəvi qəzəb əməliyyatı” (“Operation Epic Fury”) çərçivəsində artıq hava zərbələri və PUA hücumları həyata keçirilib. ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, əməliyyatlarda altı ABŞ hərbçisi həlak olub.
CNN telekanalının məlumatına görə, ABŞ yaxın 24 saat ərzində İrana qarşı yeni hücum mərhələsinə hazırlaşır. Trampın paylaşımı bu əməliyyatla üst-üstə düşür və ABŞ arsenalının əbədi müharibə aparmağa imkan verəcək səviyyədə olduğunu vurğulayır.
Eyni zamanda, Trampın açıqlaması regiondakı qarşıdurmanın eskalasiyasını da göstərir. İranın Körfəz ölkələrinə və Kiprdə yerləşən Böyük Britaniyaya məxsus hərbi bazalara raket və PUA hücumları, İsrailin isə Livanda əməliyyatlar keçirməsi ilə əlaqədar ABŞ arsenalının səviyyəsi və hazırlığı diqqət mərkəzindədir.
17:43 / 13 Noyabr 2026
1
17:30 / 13 Noyabr 2026
44
17:18 / 13 Noyabr 2026
47
17:13 / 13 Noyabr 2026
92
17:07 / 13 Noyabr 2026
59
16:59 / 13 Noyabr 2026
67
16:51 / 13 Noyabr 2026
86
16:37 / 13 Noyabr 2026
111
16:29 / 13 Noyabr 2026
88
16:08 / 13 Noyabr 2026
208
16:00 / 13 Noyabr 2026
97
15:42 / 13 Noyabr 2026
336
15:37 / 13 Noyabr 2026
101
15:30 / 13 Noyabr 2026
102
15:01 / 13 Noyabr 2026
113
14:59 / 13 Noyabr 2026
244
14:50 / 13 Noyabr 2026
133
14:46 / 13 Noyabr 2026
115
14:33 / 13 Noyabr 2026
126
14:24 / 13 Noyabr 2026
617
14:17 / 13 Noyabr 2026
502
14:12 / 13 Noyabr 2026
124
14:05 / 13 Noyabr 2026
226
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.