Qaynar xətt:

(+99450) 247 90 86

Müharibə 7 ölkəyə sıçradı - Yüzlərlə ölü və yaralı var 

Müharibə 7 ölkəyə sıçradı - Yüzlərlə ölü və yaralı var 

DÜNYA

109

02.03.2026, 23:59

ABŞ Prezidenti Donald Tramp İrana qarşı mümkün quru əməliyyatı variantını istisna etmədiyini bəyan edib.

Oxu24.com xəbər verir ki, Tramp bu fikirləri “The New York Post” nəşrinə verdiyi müsahibədə səsləndirib.

Onun sözlərinə görə, “Epic Fury” (“Epik Qəzəb”) adlandırılan hərbi əməliyyat əvvəlcədən nəzərdə tutulduğundan daha sürətli icra olunur və Tehran rəhbərliyində onlarla yüksək vəzifəli şəxsin zərərsizləşdirilməsi ilə nəticələnib.

ABŞ prezidenti quru qoşunlarının göndərilməsi ehtimalına münasibət bildirərək qeyd edib ki, bu seçimi gündəmdən çıxarmayıb: “Adətən prezidentlər deyirlər ki, yerüstü qoşunlar olmayacaq. Mən isə bunu demirəm”, – deyə Tramp vurğulayıb.

Xatırladaq ki, Tramp bundan əvvəl müharibənin təxminən dörd həftə davam edə biləcəyini demişdi. Lakin son açıqlamasında əməliyyatın daha qısa müddətdə yekunlaşa biləcəyini də mümkün sayıb.