ABŞ İranda bu qədər itki verib
03 Mart 2026, 02:07
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
81
02.03.2026, 22:06
Martın 3-də 2026-cı ilin ilk Ay tutulması olacaq.
Oxu24.com xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Bildirilib ki, Ay tutulması saat 12:44-də başlayıb saat 18:23-də bitəcək. Tutulmanın makisumumu isə saat 11:33-də olacaq. Bu tutulma Tam Ay tutulmasıdır və Asiya, Avstraliya, Şimali Amerika və Cənubi Amerika, Arktika, Antarktida və Sakit, Atlantik, Hind okeanında müşahidə olunacaq. Azərbaycanda isə Ay üfüqdən aşağıda olduğu və sutkanın işıqlı vaxtına düşdüyü üçün tutulma hadisəsini izləmək mümkün olmayacaq.
Ay tutulması zamanı Yer Günəşlə Ay arasına düşür və Günəş işığının Ay səthinə birbaşa çatmasını məhdudlaşdırır. Bu zaman Yerin kölgəsi Ayın üzərinə düşür və Ay tutulması baş verir. Ay tutulmaları adətən Günəş tutulmalarından daha uzun çəkir, çünki Yerin kölgə sahəsi Ayın kölgəsindən daha böyükdür. Ay tutulması yalnız tam Ay fazasında baş verir. Tam Ay tutulması təxminən 105 dəqiqəyə qədər davam edə bilir. Günəş tutulmasından fərqli olaraq Ay tutulması Ayın üfüqdən yuxarıda olduğu hər yerdən müşahidə oluna bilər.
Həmçinin oxuyun
"Qanlı Ay” kimi bilinən hadisə də məhz tam Ay tutulması zamanı baş verir və Ayın rəngi qırmızı çalara boyanır. Bunun səbəbi tutulma zamanı Yer atmosferindən keçən Günəş şüalarının ancaq uzundalğalı hissəsinin Ayın səthinə çata bilməsidir ki, bu zaman qırmızı çalara bürünür.
Qeyd edək ki, Ay tutulması 3 cür olur. Belə ki, Tam Ay tutulması zamanı Ay tamamilə Yerin tam kölgəsinə keçdikdə müşahidə olunur. Qismən Ay tutulması zamanı isə Ay Yerin kölgəsinə qismən keçir. Yarımkölgəli Ay tutulmasında isə Ay ancaq Yerin yarımkölgəsinə daxil olduğu zaman baş verir. Bu zaman Ay bir az tündləşir ki, bu fərqi insan gözü ilə seçmək çətin olur.
02:07 / 03 Mart 2026
8
01:47 / 03 Mart 2026
67
00:23 / 03 Mart 2026
55
00:20 / 03 Mart 2026
59
00:14 / 03 Mart 2026
57
23:59 / 02 Mart 2026
84
23:40 / 02 Mart 2026
1908
23:37 / 02 Mart 2026
70
22:59 / 02 Mart 2026
77
22:48 / 02 Mart 2026
239
22:38 / 02 Mart 2026
74
22:19 / 02 Mart 2026
75
21:42 / 02 Mart 2026
102
21:32 / 02 Mart 2026
90
21:19 / 02 Mart 2026
1139
21:12 / 02 Mart 2026
1336
21:09 / 02 Mart 2026
109
20:54 / 02 Mart 2026
127
20:40 / 02 Mart 2026
88
20:38 / 02 Mart 2026
385
20:33 / 02 Mart 2026
124
20:17 / 02 Mart 2026
1770
20:11 / 02 Mart 2026
212
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.