Qaynar xətt:

(+99450) 247 90 86

Tramp açıqladı: Azərbaycan Sülh Şurasının büdcəsinə... 

Tramp açıqladı: Azərbaycan Sülh Şurasının büdcəsinə... 

DÜNYA

70

19.02.2026, 22:32

Xəbər verdiyimiz kimi, bu gün Vaşinqtonda Sülh Şurasının ilk toplantısı keçirilib.

Oxu24.com  xəbər verir ki, Sülh Şurasının iclasındakı çıxışından sonra ABŞ Prezidenti Donald Tramp qurum üçün ABŞ-ın 10 milyard dollar ianə etdiyini açıqlayıb.

İclasda iştirak edən liderlər də ianə aksiyasına qoşulublar.

Qazaxıstan, Azərbaycan, BƏƏ və Səudiyyə Ərəbistanı da daxil olmaqla, bir qrup ölkə Qəzza zolağının yenidən qurulması üçün yardım paketinə 7 milyard dollardan çox vəsait ayırıb.

“Region artıq radikalizm və terror yuvası deyil. Bu gün yaşadığımız vəziyyətə son qoymaq üçün Qazaxıstan, Azərbaycan, BƏƏ, Mərakeş, Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı, Özbəkistan və Küveytin yardım paketinə 7 milyard dollardan çox vəsait ayırdığını məmnuniyyətlə elan edirəm”, - deyə Tramp bildirib.Bakupost.az