Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyə millisinin sabiq baş məşqçisi vəfat etdi

Türkiyə millisinin sabiq baş məşqçisi vəfat etdi

DÜNYA

72

19.02.2026, 18:59

1990-1993-cü illər ərzində həm Türkiyənin əsas futbol yığmasına, həm də "Bursaspor" klubuna rəhbərlik etmiş 85 yaşlı təcrübəli mütəxəssis Sepp Piontek vəfat edib.

Oxu24.com xəbər verir ki, məlumatı "Hürriyyət" yayıb.

Bildirilib ki, tanınmış baş məşqçinin ailə üzvləri Piontekin xəstəlik səbəbindən həyatını itirdiyini təsdiq ediblər.

Qeyd edək ki, Piontek 1979-1990-cı illər arasında Danimarka milli komandasına da rəhbərlik edib. Danimarka futbolunun tarixinə adını yazdıran Piontek, "Danimarka Dinamiti" ləqəbi ilə tanınırdı.

Bu ad ona 1980-ci illərdə komandaya aşıladığı hücumameyilli və dinamik oyun üslubuna görə verilmişdi. Həmin dövrdə Danimarka heyətində Maykl Laudrup, Yesper Olsen və Frank Arnesen kimi ulduz oyunçular çıxış edirdilər.Bakupost.az