Tramp Çinə səfər etdi
13 May 2026, 00:19
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
628
14.02.2026, 19:36
ABŞ prezident administrasiyası sevgililər günü münasibətilə sosial şəbəkələrdə diqqətçəkən paylaşımlar edib.
Oxu24.com xəbər verir ki, administrasiyanın X hesabında yayımlanan xüsusi “valentin” açıqcaları siyasi məzmunu ilə müzakirələrə səbəb olub.
Açıqcalardan birində Venesuelanın sabiq prezidenti Nikolas Maduro təsvir edilib. Paylaşımda “Sən mənim ürəyimi ələ keçirdin” ifadəsi yer alıb. Bildirilir ki, Maduro 2026-cı ilin əvvəlində Karakasda saxlanılaraq ABŞ-a aparılıb.
Digər açıqcada ABŞ prezidenti Donald Tramp tərəfindən nəzarətə götürülməsi planlaşdırılan Qrenlandiya təsvir olunub. Şəkilin üzərində “Qərar verməyin vaxtıdır” sözləri yazılıb.
Üçüncü açıqcada isə demokrat senator Kris Van Hollen ilə Salvador əsilli Kilmar Abrego Qarsia arasında keçirilmiş görüşün fotosu yerləşdirilib. Açıqcada “Demokratların qeyri-qanuni miqrantları sevdiyi qədər səni sevirəm. Səninlə içki içmək üçün 1537 mil uçmağa hazıram” ifadəsi qeyd olunub.
Məlumata görə, Abrego Qarsiya əvvəlcə səhvən Salvadora deportasiya edilib, daha sonra ABŞ-a geri qaytarılaraq nəzarət altına alınıb. Tramp administrasiyası onun MS-13 cinayətkar qruplaşması ilə əlaqəli olduğunu iddia edir. Qarsiya isə bu ittihamları qəti şəkildə rədd edir.
Paylaşımlar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və siyasi mesajların yumoristik formatda təqdim olunması müxtəlif reaksiyalar doğurub.Globalinfo.az
00:19 / 13 May 2026
272
00:05 / 13 May 2026
1967
00:02 / 13 May 2026
224
23:59 / 12 May 2026
3598
23:54 / 12 May 2026
1033
23:50 / 12 May 2026
246
23:43 / 12 May 2026
1271
23:40 / 12 May 2026
106
23:31 / 12 May 2026
102
23:27 / 12 May 2026
92
23:25 / 12 May 2026
86
23:22 / 12 May 2026
138
22:47 / 12 May 2026
206
22:38 / 12 May 2026
124
22:20 / 12 May 2026
114
21:59 / 12 May 2026
147
21:54 / 12 May 2026
134
21:37 / 12 May 2026
158
21:15 / 12 May 2026
139
20:55 / 12 May 2026
126
20:44 / 12 May 2026
225
20:42 / 12 May 2026
121
20:39 / 12 May 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.